Xəbəri Kokpitdə Oxuyun!

J.Vilnöv: Həmilton Ferstappen qədər stabil olmayıb

Sabiq dünya çempionunun fikrincə Lyuis heç vaxt Maks qədər bir mövsümdə sabit çıxış etməyib.

Kokpit.az bildirir ki, o, britaniyalı ulduzun gələn il Ferrari-də yarışarkən psixoloji çətinliklər yaşayacağına inanır. Jak bu barədə Instant Casino resursuna danışıb.

Jak Vilnöv: “Lyuis Həmilton Ferrari-də emosional enişlər və yüksəlişlər olacaq. O, həm yüksələrkən, həm də eniş zamanı çox emosional görünür və bu, ona ciddi təsir göstərir. Onun Silverstoundakı reaksiyaları başadüşüləndir, çünki uzun müddətdir belə qələbə qazanmamışdı və belə olmamışdı.

Həmilton hər mövsümdə belə hadisələrlə üzləşib. Onun Maks Ferstappen kimi bir mövsümü olmayıb. Lyuisin həmişə əhval-ruhiyyəsi dəyişir, ola bilsin ki, bu qeyri-müəyyənlikdən irəli gəlir, amma dəqiq deyə bilmərəm”.

Elçin Zodorov

Şərh əlavə et