Kokpit.az xatırladır ki, Ferrari komandası yeni idarəçilik quruluşunu sentyabr ayında açıqlayacaq və şassidən məsul olan texniki direktor Enriko Kardilenin ayrılmasından sonra yeni quruluşa sahib olacaq.
Britaniya mətbuatının xəbərinə görə Dieqo Tondi avqust ayından etibarən yenidənqurma işləri çərçivəsində Ferrari-nin yeni aerodinamik şedi olub. Keçən il David Sançes yarış şöbəsindən ayrılandan sonra Dieqonun aerodinamika şöbəsində rolu artmışdı. İndi Aerodinamika rəhbəri olub.
Dieqo hazırda aerodinamik boru daxil olmaqla bütün şöbəyə rəhbərlik edir və həm SF-24-ün təkmilləşdirilməsinə, həm də 2025-ci il maşınının yığılmasına nəzarət edir.
Lakin Ferrari komandası tezliklə heyətinə yeni mühəndislər gətirəcək. Loik Serranın komandaya gələcəyi onsuz da açıqlanıb, amma İtaliya mətbuatının verdiyi xəbərə görə Mercedes-dən ayrılan texniki direktor Mayk Elliot da Ferrari-yə qatıla bilər.
Elliot keçən il zero-pod konseptinin uğursuz olmasına görə Mercedes komandasında başqa vəzifəyə təyin olunmuş və buna görə də almaniyalı istehsalçının heyətindən ayrılmışdı. Britaniyalı mühəndis hazırda icbari tətildədir və 2025-ci ilin əvvəlində azad olacaq. Bir neçə həftə ərzində Ferrari-nin Eliiotu açıqlaması gözlənilir.
Ferrari komandası bir ara Ədrian Nyuini transfer etmək istəsə də, o iş artıq soyuyub. Bunun əsas səbəbi isə Ədrianın İngiltərədən ayrılmaq istəməməsidir.
Şərh əlavə et