Kokpit.az bildirir ki, Alpine komandası BWT ilə müqaviləsi bitdikdən sonra məşhur kontent platforması olan OnlyFans ilə müqavilə bağlaya bilər.
OnlyFans son illərdə kontent yaradıcları üçün populyar platforma olub. Marka hazırda çox insan tərəfindən istifadə edilir və buna görə də Alpine komandası üçün cəzbedici sponsordur.
Bu müqavilədən sonra həm OnlyFans, həm Alpine markaları geniş kütlə tərəfindən tanına bilər. Burada OnlyFans-ın fransız istehsalçıya ayıracağı pul da çox vacibdir. Bu sponsorluq reallaşsa, OnlyFans Formula 1-ə addım atan ən yeni marka olacaq.
Qeyd edək ki, Flavio Briatore gəldikdən sonra Alpine komandasında yenidənqurma işləri gedir. Sonuncu dəfə isə komandanın rəhbəri Bruno Famin ilə yollar ayrılıb və onu Oliver Ouks əvəz edəcək.
Şərh əlavə et