Sauber heyətini gücləndirməyə davam edir

Sauber heyətini gücləndirməyə davam edir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Sauber komandası növbəti transferi reallaşdırıb. Daha əvvəl 13 il Mercedes-də işləmiş Stefan Strenç İsveçrə təmsilçisinin proqram direktoru olub. 

Kokpit.az bildirir ki, Sauber Formula 1 komandası idarə heyətini gücləndirmək üçün Mercedes komandasından yüksək səviyyəli bir mühəndislə anlaşıb.

Sauber komandası yeni yaradılan Proqram Direktoru vəzifəsi üçün 13 il Mercedes-də işləmiş Stefan Strençlə müqavilə bağlayıb. Strenç birbaşa komandanın idarə heyətinin rəhbəri Andreas Zaydla izahat verəcək.

Qeyd edək ki, Strenç Mercedes-dən iyun ayının sonunda ayırılıb və Sauber-də oktyabrın 1-dən etibarən işləməyə başlayacaq.

Strenç 13 il ərzində Mercedes komandasında müxtəlif mühəndislik və idarəçilik vəzifələrində işləyib və 2020-ci ilin dekabrından bəri maliyyə və kommersiya proqramlarından məsul baş mühəndis  vəzifəsində olub.

 

Qeyd edək ki, strenç ümumilikdə 23 ildir ki, Formula 1-də işləyir. O, bu müddət ərzində Toyota, BAR-Honda, Lotus, Renault və Mercedes kimi komandalarda işləyib. Belə görünür ki, onun bu tərcüməyi halı Audi şirkətinin də xoşuna gəlib.

Bunları da oxuyun

Şərh əlavə et