M.Ferstappen: Lando ilə dostluğumun davam etməsi vacibdir

M.Ferstappen: Lando ilə dostluğumun davam etməsi vacibdir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Silverstounda cümə axşamı baş tutan mətbuat konfransında Maks Ferstappendən Avstriyadakı son yarışda Lando Norrislə olan insident barədə soruşulub.

Kokpit.az xəbər verir ki, niderlandlı sürücü “tənqidlərə əhəmiyyət vermədiyini” bildirərək özünəxas cavab verib, lakin həm də McLaren-in sürücüsü isə dostluq münasibətlərinin saxlanılmasının vacibliyini vurğulayıb.

Maks Ferstappen: “İnsanların nə dedikləri məni maraqlandırmır. Evə gedib həyatımı yaşadım. Mənim üçün vacib olan yeganə şey Lando ilə münasibətimi qorumaqdır, çünki biz yaxşı dostuq. Yarışdan sonra dediyim kimi, emosiyalar yüksək olduğu üçün soyumaq lazım idi. Lando və mən bazar ertəsi danışdıq və düşünürəm ki, ikimiz də mübarizəmizi bəyəndik.

İkimiz də hadisəni izlədik və başa düşdük ki, axmaq kiçik bir şey hər ikimiz üçün böyük nəticələrə gətirib çıxardı. Təbii ki, Lando üçün nəticələr daha ciddi oldu. O və mən yarışda gərgin rəqabəti sevirik. Biz bunu uzun illərdir ki, təkcə Formula 1-də deyil, həm də onlayn rejimdə edirik və birlikdə çox əylənirik. Davam etməliyik, çünki etdiyimiz işi sevirik. Düşünürəm ki, bu, Formula 1 üçün də əladır”.

Xatırladaq ki, Şpilberqdəki yarışda Norris sonlara yaxın lider Ferstappenlə fərqi qapatmış, hücumlardan birində sürücülər ciddi təmas yaşamışdılar. Nəticədə Lando mübarizəni dayandırmalı olmuş, pit yoluna zorla çataraq təkərini dəyişən Ferstappen isə yarışı 5-ci sırada başa vurmuşdu.

Bunları da oxuyun

Şərh əlavə et