Kokpit.az xatırladır ki, avstraliyalı sürücü yarışa yeddinci yerdən başlayıb. O, yarışın gedişatında podium uğrunda mübarizədən uzaq görünsə də, yarışın bitməsinə 7 dövrə qalmış Lando Norrislə Maks Ferstappen qəza ediblər. Bu təmasdan sonra Maksın təkəri partlayıb, Norris isə mübarizəni dayandırıb.
Beləliklə Mercedes komandasının sürücüsü Corc Rassell yarışı qazanıb. Oskar Piastri isə ondan 2 saniyə geridə ikinci olub.
Oskar Piastri: “Dünəndən sonra çox kaş və bəlkə var. Formula 1-də sadəcə 4-cü podiumumun olduğunu bilirəm və qələbəyə çox yaxın idim. Bu, məyusedicidir. Amma yaxşı xallar qazandıq. Yarışın ikinci hissəsində çox güclü olduğumuzu düşünürəm və daha bir podium qazandığım üçün sevinirəm. Sadəcə qələbəyə bu qədər yaxın olanda əlinizdən bir şey gəlmədiyi üçün çox məyus olursunuz.
Ancaq doğrudan da mübarizənin içindəyik. Silverstoun trasından həmişə həzz almışam və buna görə də oranı həyəcanla gözləyirəm”.
Şərh əlavə et