Xəbəri Kokpitdə Oxuyun!

Şpilberqdəki yarış zamanı hava necə olacaq?

Cümə və şənbə günləri Red Bull Rinqin yerləşdiyi ərazidə hava isti və quru idi. Bazar günü də yağıntı gözlənilmir.

Kokpit.az xəbər verir ki, sürücülər yerli vaxtla saat 15:00-da isinmə dövrəsinə yollanacaqlar. Bu vaxt havanın temperaturu 29 dərəcəyə çatacaq. Yarışın gedişinə yağıntının təsir etməsi ehtimalı isə cəmi 5%-dir – yəni, bu gün bütün yarış quru trasda baş tutacaq.

Xatırladaq ki, keçən il sprint yarışı istisna olmaqla, bütün sessiyalar quru hava şəraitində keçirilib.

Elçin Zodorov

Şərh əlavə et