Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Dövrəmin silinməsi utancvericidir.

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, sürətli dövrəsinin silinməsi utanc verici haldır.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Şpilberqdəki son cəhdində 3-cü yeri tutsa da, tras limitlərini pozduğu üçün dövrəsi silinib və 7-ci yerə geriləyib.

Oskar Piastri: “Mənim üçün bu utancvericidir. Bu tras üçün çox işlər getdi. Bəzi yerlərə çınqıllıqlar yerləşdirildi və buna baxmayaraq mən trasdan çıxmadım. Trasda qaldım. Böyük ehtimalla ən yaxşı 6-cə döngəm idi, amma dövrəvi nəticəm silindi.

Son döngəni dəyişdirmək üçün niyə 100 minlərlə dollar pul xərclədilər? Hələ də çıxa biləcəyimiz döngələr var. Amma nəysə, digər sürücülər trasda qala bildilər, amma mən yox. Belə olur.

Bu, böyük ehtimalla ən yaxşı 6-cı döngəm idi. Tras limitlərinə qədər gəldim. Məncə, hamı bunu görmək istəyir. Yenə də bu problemləri aradan qaldırmaq üçün çox vaxt xərclədik. Bu döngə tras limitləri üçün bir problem olmamalıdır. Xüsusən də mənim kimi trasda qalıb, çınqıllığa çıxmırsınızsa…

Yəni ki, bəli. Bu təkcə mənim başıma gəldiyi üçün bəlkə də hazırda çox danışıram. Amma onsuz da limitlərdə sürürdüm və bir santimetr daha çox çölə çıxsam, çınqıllığa girəcək və dövrəmi tamamilə məhv edəcəkdim. Buna baxmayaraq dövtəmin silinməsi çox utancverici haldır”.

Rauf Hacıyev

Şərh əlavə et