Trasa ilk çıxan sürücüsü Maks Ferstappen olub. Niderlandlı sürücü Medium təkərlərlə 1.08.044 zaman nəticəsi göstərib. Daha sonra Niko Hülkenberq, Lyuis Həmilton, Corcr Rassell, Karlos Sayns kimi dövrələr ataraq, sıralanmanı müəyyənləşdiriblər. Rassell və Həmilton ilk cəhdlərində Hard təkərləri götürüblər və ilk dövrələrindən sonra ilk iki yeri tutublar.
Sessiyanın ilk hissəsində demək olar ki, bütün sürücülər trasa çıxaraq bir neçə dövrə vurublar. Sadəcə Williams-dan Loqan Sarcent və Aleks Elbon trasa gec çıxıblar.
Həmilton hard təkərlə atdığı dövrədən sonra komanda yoldaşı Corc Rasselli 0.88 saniyə qabaqlayaraq, liderliyə oturub. Daha sonra Maks Ferstappen Medium təkərlərlə, Rassell isə Hard təkərlərlə liderliyi Həmiltondan alıblar.
Sessiyanın əvvəlində sürücülərin yarısı Hard, yarısı isə Merium təkərlərlə dövrələr vurublar. Sessiyaya Soft təkərlərlə sadəcə Williams komandasının sürücüləri başlayıblar. Ferrari, Mercedes və McLaren komandalarının sürücüləri Hard təkərləri seçiblər. Red Bull komandasının sürücüləri isə Medium təkərləri seçiblər.
Sessiyanın bitməsinə 40 dəqiqə qalanda Corc Rassell 1.06.386 zaman nəticə ilə zirvədə olub. Daha sonra Lyuis Həmilton 1.06.254 zaman nəticəsi ilə liderliyi ələ keçirib. Serssiyanın ilk yarısını Mercedes komandasının sürücüləri zirvədə qapadıblar. Onları Red Bull sürücüləri, McLaren-dən Lando Norris və Ferrari sürücüləri izləyiblər.
Sessiyanən bitməsinə 28 dəqiqə qalmış motor problemi yaşayan Ferstappen maşını trasın kənarın saxlayıb. Buna görə də sessiya qırmızı bayraqlarla dayandırılıb. Marşallar Ferstappenin bolidini itələyərək pit yoluna qədər gətiriblər. Maşın təhlükəsiz formada boksa salındıqdan sonra sessiya yenidən başlayıb.
Mexaniklərin qısamüddətli müdaxiləsindən sonra Maks Ferstappen yenidən trasa çıxıb və yenidən dövrələrini atmağa başlayıb.
Şpilberqdə faha əvvəl tras limitləri ilə bağlı çoxlu problemlər olduğu üçün bu dəfə tədbirli davranılıb. Belə ki, bunun qarşısını almaq üçün çoxlu kerb və çınqıllıq dəyişikliyi edilib. Əksər sürücülər dövrələr atarkən bu kerblərin ya da çınqıllıqların üstünə çıxmalı olublar.
Sessiyanın sonlarında əlsər sürücülər Soft təkərə keçərək, dövrələr vurmağa başlayıblar. Tsunoda Soft təkərlə atdığı dövrə ilə Corc Rasselldən sonra üçüncü yerə yüksəlib. Daha sonra Stroll da Soft təkərlə atdığı dövrə ilə Lyuis Həmiltondan sonra ikinci yeri tutub.
Sessiya ərzində heç də yaxşı görünməyən Ferrari komandasının sürücüləri Soft təkərlərlə atdıqları dövrə ilə ilk iki yeri tutubıar. Ferstappen də Soft təkərlə atdığı sürətli dövrə – 1.05.685 ilə 66 saniyənin altına düşən ilk pilot olub və liderliyi ələ keçirib. Daha sonra Piastri də Soft təkərlə atdığı dövrə ilə Maks Ferstappendən 0.276 saniyə geridə qalıb və ikinci olub.
Sessiyanın sonlarına doğru Lando Norris sürətli dövrə atarkən çınqıllığa düşüb və dövrəsini yarıda saxlamalı olub. Sessiya bitdikdə Ferstappen 1.05.685 zaman nəticəsi ilə birinci olub. Piastri ikinci, Lekler üçüncü yerləri tutublar.
Şərh əlavə et