Kokpit.az xəbər verir ki, FİA-nın texniki direktoru Jan Monşo 16 düymlük təkərlərə keçid təklifinin verildiyini, lakin sonradan bundan imtina edildiyini bildirib. Amma 2026-cı ildəki təkərlər indikilərdən 8% daha kiçik olacaqlar.
Kan Monşo: “2026-cı ilin əvvəlində təkərlərin narahatlıq mənbəyinə çevrilməsini istəmirik. Yeni güc qurğuları nəzəri olaraq çox böyük fırlanma anına malikdir, ona görə də biz daha kiçik təkərlərə keçidin problem ola biləcəyindən narahat idik.
Əvvəlcə 16 düymlük təkərlərə keçmək istədik, lakin bu, həddən artıq qızmalara səbəb ola bilərdi və hər şeyin yeniləndiyi bir vaxtda bunun əsas mövzu olmasını istəmirik. Nəticədə, təkər ölçüsündə hamımızın ümid etdiyimizdən daha kiçik bir dəyişikliklə razılaşmalı olduq. Yeni təkərlərin asfaltla ilişməsinin azalmasının dramatik olacağını gözləmirik. Bəli, təkərlər kiçildikcə azalacaq, amma bu, bizim üçün narahatlıq yaradacaq fərq deyil”.
FIA komandalara və Pirelli-yə 2026-cı ilə qədər yeni təkərləri sınaqdan keçirməyə icazə verəcək. Prototiplərin sınaqlarına sentyabr ayında başlanmalıdır və gələn il davam edəcək.
Şərh əlavə et