Niyaz Bədiyev ikinci dəfə Red Bull Car Park Driftdə qalib olub

Niyaz Bədiyev ikinci dəfə Red Bull Car Park Driftdə qalib olub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Dövlət Bayrağı Meydanının dayanacağında artıq üçüncü ildir ki, keçirilən “Red Bull Car ParkDrift” yarışının qalibi müəyyən olub.

9 iyun tarixində Dənizkənarı Bulvarda dünyanın ən həyəcanlı drift yarışlarından biri olan “Red Bull Car Park Drift”inAzərbaycan üzrə Milli finalı keçirilib. Qalib Niyaz Bədiyev, 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı Omanda təmsil edəcək.

 16 nəfər iştirakçı arasında yarışan ötən ilki “Red Bull Car Park Drift”in qalibi Niyaz Bədiyev bu il də Milli Final mərhələsinin qalibi seçildi. O, bu ilin sonunda “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı təmsil etmək üçün Omana yola düşəcək. Həmçinin 2-ci və 3-cü yerlərin qalibləri müvafiq olaraq Elvin Xudaverdiyev, Pərviz Əzizov olub.

Azərbaycan Avtomobil Federasiyasının, Bakı Şəhər Halqasının təşkilati dəstəyi ilə keçirilən və özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən bacarıqlı 16 nəfər iştirakçı Milli Final mərhələsinə yüksəlib.

Yarışmadan öncə yerli pilotları qaydalar və maneələr barədə təlimatlandıran küveytli drifter Ali Makhseed yarışmanın mərhələləri arasında bəzi influenserlərə “taksi gedişi” təcrübəsi yaşadıb. “Red Bull Car Park Drift” Milli Final mərhələsinin iştirakçılarını qiymətləndirmək üçün Livan, Küveyt və Mavrikidən beynəlxalq münsiflər heyəti iştirak edib. Məhz onların qiymətləndirilməsi ilə ən yüksək xal yığan iştirakçı yarışın qalibi seçilib. Qeyd edək ki, iştirakçılar driftinq bacarıqları ilə yanaşı maşınlarının görünüşü, səsi və təkərlərindən çıxan tüstünün həcminə görə də qiymətləndirilib.

 

“Red Bull Car Park Drift” yarışı Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə keçirilib. Final mükafatlandırılmasından öncə isə tədbirin xüsusi qonağı qismində tanınmış ifaçı Orxan Zeynallı öz tanınmış hitləri ilə drift trekində çıxış edib.

Bunları da oxuyun

Şərh əlavə et