Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq

Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

9 iyun tarixində Dənizkənarı Bulvarda dünyanın ən həyəcanlı drift yarışlarından biri olan “Red Bull Car Park Drift”in Azərbaycan üzrə Milli finalı keçiriləcək.

Seçiləcək qalib, yəni ən yaxşı drifter, 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı Omanda təmsil etmək üçün yola düşəcək.

Azərbaycan Avtomobil Federasiyasının təşkilatı dəstəyi ilə keçirilən və özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən bacarıqlı 16 nəfər iştirakçı Milli Final mərhələsinə yüksələcək. Burada isə, beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaxşı drift göstərən iştirakçını maksimum balla qiymətləndirməklə qalib elan edəcək.

2012-ci ildə Abu-Dabidə ən uzun drift edərək adını Ginnesin Rekordlar Kitabına yazdıran dünya şöhrətli Abdo Feqali də yarışda iştirak edənlərə dəstək olmaq üçün növbəti dəfə Bakıya gələcək. Qeyd edək ki, Abdo ötən il də “Red Bull Car Park Drift Azerbaijan”ın qonağı olmuşdu. O həmçinin 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift”yarışının da qalibidir.

“Red Bull Car Park Drift” yarışı Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə keçirilir.

Tədbirin xüsusi qonağı tanınmış ifaçı Orxan Zeynallı olacaq. O, öz tanınmış hitləri ilə drift trekində çıxış edəcək.

Bu il, tamaşaçıların yarışı daha rahat izləmələri üçün tribunalara bilet satışı həyata keçirilir.

Biletləri iticket.az saytından və ya şəhərin kassalarında əldə edə bilərsiz.

Əlavə olaraq, seyr edənlərin əyləncəli vaxt keçirməsi üçün tədbirin ərazisində müxtəlif aktivliklər nəzərdə tutulub. Odur ki, bütün drift həvəskarlarını 9 iyun, saat 14:00-da Dövlət Bayrağı Meydanının parkinq ərazisində gözləyirik.

Bunları da oxuyun

Şərh əlavə et