Kokpit.az bildirir ki, Ferstappen başda olmaqla, bir çoxları yenilikləri tam başa düşə bilməyiblər və məşqlərdə tam gücləri ilə – bu dəfə sıralanma turu rejimində işləməyə davam ediblər.
Ferrari sürücüləri yumşaq təkərlərlə başlayıblar. Alonso isə 25-ci dəqiqədə son döngəyə sürətlə girərək qəza edib. Lakin maşından özü düşə bilib və tibb məntəəqsinə yollanıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Zərbə güclü olub və mexaniklər maşını sıralanma turuna çatdıra bilmək üçün çox işləməli olacaqlar.
Sona 6 dəqiqə qalmış Piastri 1:15.529 ilə sessiyanın ən sürətli nəticəsini göstərib, bir qədər sonra isə Perezin ön qanadını qırması növbəti qırmızı bayraqlara səbəb olub. Restart veriləndə məşqlərin başa çatmasına cəmi 2 dəqiqə qalmasına baxmayaraq, çoxları yenidən trasa çıxıb.
Bizi maraqlı sıralanma turu gözləyir…
Şərh əlavə et