Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Rəqiblərimiz güclərini gizlətdilər

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, rəqibləri cümə günü sərbəst yürüşlərində real güclərini gizlədiblər 

Kokpit.az xatırladır ki, monakolu sürücü İmolada birinci və ikinci sərbəst yürüşləri birinci yerdə bağlamışdı. Lakin bugünkü sıralanma turunda Ferstappen poul qazanıb. McLaren komandasının sürücüləri isə ikinci və üçüncü yerləri tutublar. Ferrari-dən Şarl Lekler dördüncü, Karlos Sayns isə beşinci olub.

Şarl Lekler: “Tam olaraq sevincli deyilik. Yeniliklərin gözlədiyimiz kimi olması sevindirici haldır. Bu həmişə yaxşılığa doğru olan işarədir. Lakin belə bir trasda yeniliklərin bütün faydalarını hələ görmədik. Buna görə də poul hədəfimizdən çox geridə qaldır.

Dövrəm yaxşı idi və daha yaxşısını edə bilməzdim. Yarışda güclü olacağımızı düşünürəm, ancaq sıralanmada yaxşı yer tutmaq burada hər şeydir. Xüsusən də DRS zonalarının azaldılması ilə burada ötmə etmək daha da çətin olacaq. Yəni yarış çətin keçəcək, amma yenə də hədəfimiz qələbə olmalıdır. Görək necə olacaq.

 

Məncə, rəqiblərimiz dünən daha az yanacaq istifadə edirdilər. Yada motor gücləri az idi. Bilmirəm. Məncə, performanslarını gizlədirdilər.

Yeniliklər barədə danışmamışdan əvvəl bir neçə yarış gözləməliyik. Yeni paketlərdə bəlkə də düzgün sazlanma tapmamışıq. Buna görə də əminəm ki, bolidin potensialını üzə çıxara bilərik.

Bu gün gözlədiyimizdən pis idik? Böyük ehtimalla hə. Zirvəyə bir az yaxın olmağı gözləyirdik. Ancaq önümüzdə uzun mövsüm var. Bu paketdən maksimum necə faydalanacağımızı hələ də bilmirik. Əminəm ki, növbəti yarışlarda bunu bacaracağıq. Bu da mövsümün qalan yarışları üçün çox vacib olacaq”

Rauf Hacıyev

Şərh əlavə et