Kokpit.az bildirir ki, Maqnussenin maşını F2-də ciddi qəza etmi. Oliver Birmana tapşırılıb. Keçən il daşqın fəlakətinə görə ləğv edilən yarışdan sonra bu il tribunalar ilk məşqlərdən tam dolub və qırmızı rəngə boyanıb.
İmola köhnə traslardandır. Bir neçə döngədə asfalt çınqıllıqla əvəz olunduğundan, bəzi xırda insidentlər yaşanıb. Ferstappen 13-cü döngədə trasdan çıxıb və pitə qayıdıb. Tsunoda isə 17-ci döngədə səhvə yol verib. 20-ci dəqiqədə Elbon güc qurğusundakı problemə görə trasda dayanmalı olduğu üçün qırmızı bayraqlar yellənib.
Fasilədən sonra sürücülər daha yumşaq təkərlərə keçiblər və sürəti artırıblar. Rikkardo da 17-ci döngədə əylənmədə səhvə yol verərək çınqıllığa çıxıb, lakin trasa qayıdıb. Həmilton 12-ci döngədə yerində fırlansa da, yoluna davam edib.
Ferstappen əyləcdən şikayətlənib, 14 və 15-ci döngələrdə səhvlərə yol verib. Daha sonra çınqıllığa düşüb, Həmilton da eyni səhvə yol verib. Şarl Leklerin ən sürətli nəticəni göstərməsi tifozilərin sevincinə səbəb olub – 1:16.990. Məşqlər bu gün davam edəcək…
Şərh əlavə et