Kokpit.az xatırladır ki, britaniyalı sürücü bu il Səudiyyə Ərəbistanı yarışında apendisit əməliyyatı olmuş Karlos Saynsı əvəz etmiş və yarışı yeddinci yerdə bitirərək, bütün diqqətləri üzərinə cəlb etmişdi.
Gənc sürücünün bu həftəsonu Haas komandası ilə sərbəst yürüşlərə çıxması gözlənilirdi. Onun adı həm də gələn il Niko Hülkenberqin yerinə hallanır.
Rəsmi açıqlamaya əsasən britaniyalı sürücü İmolada birinci sərbəst yürüşlərdə Kevin Maqnusseni əvəz edəcək.
Oliver Berman bu barədə belə danışıb: “Komandaya yenidən qoşulmağı və İmolada birinci sərbəst yürüşlərə çıxmağı səbirsizliklə gözləyirəm. Komanda güclü mövsüm keçirir və ümid edirəm ki, mən də onlara kömək edə biləcəyəm”.
Şərh əlavə et