Xəbəri Kokpitdə Oxuyun!

Red Bull-da növbəti ayrılıq yaşana bilər

Red Bull komandasında ayrılıqlar davam edir. Belə görünür ki, Ədrian Nyuidən sonra komandanın idman direktoru Conatan Vitli də komandadan ayrılacaq. 

Kokpit.az xatırladır ki, Ədrian Nyui gələn ilin ilk rübündə Red Bull ilə yollarını ayıracaq. Lakin McLaren-in rəhbəri Zek Braun bildirmişdi ki, Nyuidən sonra Red Bull-dan ayrılan çox olacaq. Belə görünür ki, Kristian Hornerin qalmaqalı komandaya çox mənfi təsir edib.

İndi isə Britaniya mətbuatı xəbər verir ki, Red Bull komandasının idman direktoru ConatanVitli də Red Bull-dan ayrılmağı düşünür. Xəbərə görə Vitli komanda rəhbəri olmaq istəyir və bunun üçün peletondakı digər komandalarla danışıqlar aparır.

Kristian Hornerlə bağlı dedi-qodular yayılan vaxtlarda Conatan Vitlinin onun yerinə komanda rəhbəri keçəcəyi i iddia edilirdi. Lakin Horner vəzifəsində qalıb və Vitli idman direktoru olaraq işinə davam edib.

Qeyd edək ki, Vitli komanda üçün vacib adamdır və pit-stoplardakı inkişafda onun müstəsna rolu var. İddialara görə Red Bull komandası onu saxlamaq üçün yeni təklif verib, amma britaniyalı mütəxəssis yenə dəayrılmaq istəyir.

Rauf Hacıyev

Şərh əlavə et