Mayamidə hava gözlənildiyi kimi günəşli olub. Havaın temperaturu 29, trasın temperaturu isə 51 dərəcə olub. Mercedes, McLaren və Aston Martin komandaları buraya yeniliklər, Ferrari və RB komandaları isə yeni rəng çaları gətiriblər.
Sessiyanın ilk 6 dəqiqəsindən sonra Ferrari komandasının sürücüsü Şarl Lekler 16-cı döngədə yerində fırlanıb. O, yavaş döngədə maşınının arxasını itirib və bariyerlərə çırpılmaqdan son anda qurtulub. Lakin ilişmə muftası həddən artıq qızdığı üçün maşını arxa ötürməyə ata bilməyib. Buna görə də sessiya qırmızı bayraqlarla dayandırılıb.
Leklerin maşını tezliklə təxliyə olunub və sessiya 10 dəqiədən sonra yenidən başlayıb. 16-cı döngədə əksər sürücülər təkərlərini blokalyıblar. Sürücülər yarış tempində işləyərkən Ferstappen yerində fırlanıb və maşından narazı olduğunu deyib. Həmilton, Tsunoda və Elbon isə bir neçə dəfə tras kənarına çıxıblar.
Sessiyanın davamında Maks Ferstappen, Serxio Peres, Karlos Sayns liderliyə yüksəliblər. Sessiyanın sonlarında isə sürücülər trasa Soft təkrələrlə çıxıbıar. Sayns nəticəsini bir az da yaxşılaşdırıb, amma daha sonra Corc Rassell liderliyi onun əlindən alıb.
Son 3 dəqiqədə isə Peres 1.28.868 zaman nəticəsi ilə Rasselli geridə qoyaraq, liderliyə yüksəlib. Bu anda Ferstappen ondan 2.2 saniyə geri qalaraq, 19-cu yerdə qərarlaşmışdı. Niderlandlı sürcü balans problemi yaşadığı üçün gerilərə düşmüşdü. Ancaq Maks yenə də son anda edəcəyini edib və Soft təkərlərlə 1.28.595 zaman nəticəsi göstərərək, liderliyə yüksəlib. Ondan 0.105 saniyə geridə qalan Piastri ikinci yeri tutub. Üçüncü yerdə isə Sayns qərarlaşıb. O, liderdən 0.116 saniyə geridə qalıb. Mercedes komandasından Corc Rassell dördüncü, Aston Martin-dən Ləns Stroll isə beşinci yeri tutub. Fernando Alonso isə bütün sessiya ərzində yarış tempinə işləyib və 19-cu yeri tutub.
Şərh əlavə et