Ferrari İmolaya maşının ikinci versiyasını gətirəcək?

Ferrari İmolaya maşının ikinci versiyasını gətirəcək?
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

İtaliya mətbuatının xəbərinə görə Ferrari builki Emiliya Romanya Qran Prisi üçün böyük yeniliklər paketi hazırlayır və bu paketə ikinci versiya adı verilib.

Kokpit.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Ferrari builki ilk böyük yeniliyi öz vətənindəki İmolaya gətirəcək. Bəzi iddialara görə bu yeniliklər Red Bull komandasının dizaynından ilhamlanaraq yığılıb. İtaliya mətbuatının xəbərinə görə SF-24-də saydpodun hava girişi Red Bull-dakı kimi olacaq.

Boliddəki dəyişikliklər bununla bitmir. Komandanın gətirəcəyi yeniliklər daha çox dəyişiklik vəd edir. Resursun dediyinə görə Ferrari bu dəyişikliklərlə gözləniləndən daha böyük addım atmağı hədəfləyir. Buna görə də İmola mövsümün ilk vacib paketi olacaq və bundan sonra daha iki böyük yenilik paketi gözlənilir.

Komanda əmindir ki, bu yeniliklər işləyəcək və bunların hesabına builki əsas rəqibləri olan Red Bull komandasında yaxınlaşacaqlar. Xəbərdə yeniliklərin bəzilərinin Mayamiyə gətirələcəyi isə təkzib edilib. Yeniliklərin əsas məqsədi isə maşının sazlanma çeşidini və asfatayatma qüvvəsini artırmaqdır. İddialara görə bütün bunların hesabına Ferrari 0.2 saniyə vaxt qazanacaq.

Bunları da oxuyun

Şərh əlavə et