Kokpit.az xatırladır ki, bir müddət əvvəl Lyuis Həmiltonun gələn il Ferrari-də yarışacağı məlum olduqdan sonra pilot bazarındakı vəziyyətin necə olacağı hamını düşündürən əsas suala çevrilib. Çünki Mercedes-də bir yer boşalacaq və Karlos Saynsın hara gedəcəyi məlum deyil. Üstəlik, Red Bull-dakı çaxnaşmalar fonunda Maks Ferstappenin komandadan gedəcəyini də deyənlər az deyil.
Redaksiyanın əməkdaşlarının təxminlərinə görə, hazırda yarışan Serxio Peres, Quanyu Çjou və Loqan Sarcent gələn özünə əsas sürücü kimi oturacaq tapmayacaq. Əvəzində isə 3 yeni pilot izləyəcəyik…
2025 ilin heyətləri – F1TV əməkdaşlarının proqnozu
Red Bull: Ferstappen – Rikkardo
RB: Louson – Tsunoda
Mercedes: Rassell – Alonso
Ferrari: Lekler – Həmilton
McLaren: Norris – Piastri
Aston Martin: Sayns – Stroll
Alpine: Qasli – Okon
Williams: Antonelli – Elbon
Sauber: Bottas – Hülkenberq
Haas: Birman – Maqnussen
Şərh əlavə et