Kokpit.az xatırladır ki, komandaların builki heyəti keçən illə eyni qalıb. Bu hal Formula 1 tarixində ilk dəfə yaşanır.
Bu hal Eddi Cordanın xoşuna gəlməyib və o, yeni sürücünün olmamasını sərt formada tənqid edib: “Nə qədər məyus olduğumu sözlərlə ifadə edə bilmərəm. Bu bütün komandaların səhvidir. Formula 1 üçün mənfi trenddir. Gənc sürücülərin gəlməsinı icazə verməyən böyük və kiçik komandalara ar olsun. Bu il mövsümün sonunda ən yaxşı debütant nominasiyasına qatılan olmayacaq.
Liam Lousonu Formula 1-də görmək istəyirəm. Keçən il əla yarışdı və buna layiqdir. Çox adamın tanımadığı başqa gənc sürücü də var. O, Felipe Druqoviçdir. Formula 2-də Oskar Piastridən daha böyük fərqlə çempion olmuşdu. Hamıdan əvvəl onu gətirərdim.
Pike, Senna və Fittipaldinin nə qədər yaxşı performans göstərdiyini gördük. Hamısı böyük çempionlardır. Braziliyada avtoidmanın böyül keçmişi var. Bir dövrlər bu ölkə avtoidmanda çox öndə idi, amma indi heç kim yoxdur. Buna görə Felipeni seçərdim.
Gənc sürücüləri həmişə sevmişəm. Əvvəlcə Mixaelə, sonra onun qardaşı Ralfa şans vermişdim. 1982-ci ildə isə Ayrton Senna mənim köməyimlə Formula 3-də sessiyaya çıxmışdı.
Şərh əlavə et