Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb

Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

20% ENDİRİM ilə Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 üçün bilet satışına start verilib.

Baku City Circuit mobil tətbiqini yükləyin və martın 5-dək davam edəcək 20 faizədək endirim fürsətindən yararlanın.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) fevralın 20-dən etibarən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi üçün “early bird” erkən bilet satışına start verir. Azarkeşlər seçilmiş tribunalara 20 faizədək endirim fürsətindən eksklüziv olaraq Baku City Circuit mobil tətbiqi üzərindən faydalana biləcəklər. Kampaniya martın 5-dək davam edəcək.

Qeyd edək ki, bilet əldə edən azarkeşlərə 3 günlük tribuna biletləri ilə yanaşı Pit zolağı gəzintisi bileti də təqdim edilir. Beləliklə, hər kəs sevimli F1 komandasını, pilotları və onların qarajlarını yaxından izləmək şansı qazanır.

13-15 sentyabr tarixlərində baş tutacaq Formula 1 Qran Prisinə ölkəmiz 8-ci dəfə ev sahibliyi edəcək. Yarış həftəsində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumat mütəmadi olaraq azarkeşlərin və ictimaiyyətin diqqətinə çatdırılacaq.

Ötən ilki azarkeş marağını və Azərbaycan Qran Prisinə biletlərin vaxtından öncə tamamilə satılmasını nəzərə alaraq, sürət həvəskarlarını zaman itirmədən, öz biletlərini Baku City Circuit mobil tətbiqindən güzəştli qiymətlərlə əldə etməyə səsləyirik. Bundan əlavə olaraq, mobil tətbiq vasitəsilə istifadəçilər yarış nəticələri, yarış həftəsində keçiriləcək əyləncə proqramları və trek ətrafı yolların açılması və bağlanması ilə bağlı bildirişləri ilk əldə edəcəklər.

Baku City Circuit mobil tətbiqini iOS və Android əməliyyat sistemləri üzərindən endirə bilərsiniz.

Bunları da oxuyun

Şərh əlavə et