“Horner işi” üzrə istintaq tez yekunlaşa bilər

“Horner işi” üzrə istintaq tez yekunlaşa bilər
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

The Times qəzetinin fikrincə, Kristian Hornerlə bağlı təhqiqat gələn həftə ərzində başa çata bilər.

Kokpit.az bildirir ki, qəzetin yazdığına görə, Red Bull həqiqətən də həm qeyri-müəyyənliyə, həm də şirkətin və komandasının normal işinə mane olan bütün arzuolunmaz hadisələrə son qoymaq üçün araşdırmanı sürətləndirmək istəyir. Həmçinin belə bir mötəbər nəşrdə dərc olunan materialdan belə nəticə çıxır ki, Maks Ferstappen komanda liderini dəstəkləməyə hazır deyil və bu, getdikcə situasiyaya təsir edən amilə çevrilir.

Cümə axşamı komandanın yeni avtomobilinin təqdimat mərasimində Horner bütün ittihamları rədd edib və həm mövsümöncəsi sınaqlarda, həm də martın ilk həftəsonuna planlaşdırılan mövsümün ilk yarışı olan Bəhreyn Qran Prisində işləmək niyyətində olduğunu təsdiqləyib.

Lakin müstəqil hüquqşünasa həvalə edilən araşdırma Formula 1 təqvimi nəzərə alınmadan həmişəki kimi davam edəcək və Red Bull yaxın günlərdə qərarını verə bilər. Görünür, hadisələrin gedişatını sürətləndirmək istəyi bu yaxınlarda Niderland tabloidi De Telegraaf tərəfindən yazılan işin yeni halları ilə bağlıdır.

Qeyd edək ki, sözügedən nəşrdə yazılanlara görə, təcrübəli mütəxəssis komandanın çalışanlarından birini uzun müddət seksual xarakterli mesajlar göndərərək narahat edib. Hətta iddialara görə Kristian məsələnin böyüməsinin qarşısını almaq üçün xeyli əlləşib – vəkilləri fevralın 3-də zərərçəkmişə 760 min avro məbləğində təzminat təklif ediblər…

Bunları da oxuyun

Şərh əlavə et