Xəbəri Kokpitdə Oxuyun!

Alonsonun maaşı məlumdur

İspaniya mətbuatı Fernando Alonsonun Aston Martin ilə imzaladığı yeni müqavilənin maliyyə detallarını açıqlayıb.

Xəbərlərə görə, Aston Martin son illərdə əldə olunan məhdud nəticələrə baxmayaraq, Alonsonun istədiyi şərtlərin böyük hissəsini qəbul edib və ispan pilot kifayət qədər gəlirli müqaviləyə imza atıb.

İddialara görə, Alonso 2027-ci il mövsümündə 38 milyon avro maaş alacaq. Bu məbləğ 2026-cı ildəki qazancından təxminən 8 milyon avro çoxdur.

Bundan əlavə, müqavilədə performansa əsaslanan bonus maddələrinin də yer aldığı bildirilir.

Razılaşma rəsmi olaraq yalnız 2027-ci il mövsümünü əhatə edir. Lakin Aston Martin müqavilədəki opsion maddəsindən istifadə edərək Alonsonun komandada qalmasını təmin edə bilər. Bu opsionun 2027-ci ilin iyulunda aktivləşdirilə biləcəyi qeyd olunur.

Müqayisə üçün, eyni xəbərdəki iddialara əsasən, Maks Ferstappen 2027-ci ildə Red Bull-dan illik 92 milyon avro qazanacaq. Bonuslarla birlikdə bu məbləğin təxminən 115 milyon avroya çatacağı bildirilir.

Lyuis Həmiltonun isə Ferrari-dən illik təxminən 60 milyon avro maaş aldığı iddia olunur.

Rauf Hacıyev

Şərh əlavə et