Xəbəri Kokpitdə Oxuyun!

A.Komatsu: Bunun üçün çalışırdıq

Bakıda Haas F1 uzun müddət davam edən uğursuzluq seriyasına son qoyaraq bu mövsüm ilk dəfə iki bolidlə xal qazanıb.

Kokpit.az xatırladır ki, amerika komandası Azərbaycan yarışında Esteban Okon ilə səkkizinci, Oliver Berman ilə doqquzuncu yeri tutub. Bununla da Haas komandası Bakı Şəhər Halqasından 6 xalla ayrılıb.

Ayo Komatsu, komanda rəhbəri: “Bu möhtəşəm nəticə bütün əməkdaşlarımızın gərgin əməyinin mükafatı oldu. Buna uzun müddət ərzində can atırdıq. Nəticə bir daha göstərdi ki, çətin günlərdə birliyimizi qorusaq, bütün problemlərin həllini tapa bilərik.

Bolidimiz kifayət qədər rəqabətədavamlı olmadığı müddətdə komandanın işini optimallaşdırmaq üzərində çalışdıq. Bu gün isə bolid sürətli olduqda hər kəs öz işini qüsursuz yerinə yetirdi. Pit-stoplar, strategiya, təkərlər – komandamızın hər bir əməkdaşı ilə həqiqətən fəxr edirəm və onları bu nailiyyət münasibətilə təbrik edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et