Fransalı sürücü TGR Haas F1 komandasına 2025-ci ildə qoşulmuşdu. 30 yaşlı pilot həmin vaxtdan etibarən 39 yarışda start alıb və karyerasında ümumilikdə 195-ci startına çatıb.
Haas və Okon bu əməkdaşlığın ardından 2026-cı il mövsümünün sonunda yollarını ayırmaq qərarına gəliblər.
Esteban Okon sosial media paylaşımında bunları yazıb: “Haas F1 komandası ilə keçirdiyim dövr 2026-cı il mövsümünün sonunda başa çatacaq.
Həmişə asan olmayan şərtlər altında, mənim nəzarətimdən kənarda olan müxtəlif səbəblər və amillər üzündən çətin anlar yaşasaq da, bu layihədən başıuca və göstərdiyim performansla qürur duyaraq ayrılıram.
Hazırda əsas diqqətim qarşıdakı yarış həftəsonundadır. Komanda ilə birlikdə çox çalışmağa, hər fürsətdən maksimum yararlanmağa və avtomobildən mümkün olan ən yüksək performansı əldə etməyə davam edəcəyəm.
Bu mövsümdə qarşıda hələ çox yarış var. Həmişə olduğu kimi, həm özüm, həm də komandam üçün sükan arxasında əlimdən gələnin ən yaxşısını edəcəyəm.
Hələ də motivasiyalıyam, hələ də acam. Bu, qətiyyən Formula 1 karyeramın sonu deyil”.
Haas komandasının rəhbəri Ayo Komatsu isə belə danışıb: “2025-ci ildə bizə qoşulduğu gündən etibarən komandaya verdiyi bütün töhfələrə görə Estebana təşəkkür etmək istəyirəm. Təşkilat olaraq inkişaf etməyə davam etdiyimiz bu dövrdə onun peşəkarlığı və bağlılığı bizim üçün çox dəyərli olub.
Bu il birlikdə böyük qayda dəyişikliklərinin gətirdiyi çətinliklərin öhdəsindən gəlməyə çalışdıq. Mövsüm ərzində VF-26-nı inkişaf etdirmək üçün intensiv şəkildə çalışarkən Estebanın sürücülük təcrübəsi və verdiyi geribildirimlər mühüm rol oynadı.
Qarşıda hələ çoxlu yarış var və diqqətimiz mövsümün son yarışına qədər hər fürsətdən maksimum yararlanmaq üçün birlikdə çalışmağa davam etməkdir”.




Şərh əlavə et