Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Düzlüklərdə çox itirdik

Bakı trasındakı uzun düzlüklər Aston Martin üçün heç bir şans buraxmayıb. Honda mühərriklərindən istifadə edən bolidlər bütün həftəsonu ərzində rəqiblərindən xeyli geri qalıb, yarışda isə hər iki pilot mübarizəni erkən dayandırıb.

Kokpit.az xatırladır ki, Ləns stroll yarışı yeddinci, Fernando Alonso isə 20-ci dövrədə dayandırıb.

Fernando Alonso: “Təəssüf ki, yarışı dayandırmalı oldum. Düzlüklərdə çox vaxt itirirdik və hər şeyi ətraflı şəkildə təhlil etməliyik.

Həftəsonunun asan keçməyəcəyini bilirdik və elə də oldu. Hazırkı vəziyyətimiz belədir. Görək, növbəti yarışda daha yaxşı çıxış edə biləcəyikmi”.

Ləns Stroll: “Soyuducu mayesinin sızması baş verdi və mənə bolidi dayandırmağım bildirildi. Arxada daha bir çətin həftəsonu qaldı, amma Bakıda asan olmayacağını bilirdik.

Müsbət məqamlar çox deyil. Hazırda əsas diqqətimizi bu problemlərin həllinə yönəltmişik və bütün bunları 2027-ci ili nəzərə alaraq edirik”.

Rauf Hacıyev

Şərh əlavə et