Xəbəri Kokpitdə Oxuyun!

V.Bottas: Bakıda hamıdan geri qaldıq

Cadillac komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Azərbaycan yarışında bütün rəqiblərindən geri qalib. 

Kokpit.az xatırladır ki, finlandiyalı sürücü Bakı Şəhər Halasındakı yarışda finişə 16-cı yerdə çatıb.

Valtteri Bottas: “Nə qədər uzun və çətin gün oldu. Bolidin sürəti yox idi və yarış ərzində yalnız Fernando Alonso ilə mübarizə apara bilirdim.

Yarışın sonunda ilk döngədə təkərləri blokladıqdan sonra trasdan çıxdım. Düşünürəm ki, əlavə məsafə qət etdiyim üçün sistem bir qədər çaşdı. Bundan sonra əyləci basanda yalnız ön əyləclər işə düşdü, arxa əyləclər isə fəaliyyətini dayandırdı.

Bütün həftəsonu ərzində rəqiblərdən geridə qaldıq. Növbəti həftəsonuna qədər çox şeyi təhlil etməliyik ki, Sepanqda daha yaxşı nəticə göstərə bilək”.

Rauf Hacıyev

Şərh əlavə et