Xəbəri Kokpitdə Oxuyun!

N.Hülkenberq: Bakı düzlüklərində sürətimiz yox idi

Audi komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Azərbaycan yarışında düzlük sürətinə görə xalsız qalıblar.

Kokpit.az xatırladır ki, almaniyalı sürücü yarışın sonlarında onuncu yerdə olsa da, Karlos Saynsın hücumlarına tab gətirə bilməyib və yekunda Bakı Şəhər Halqasından xalsız ayrılıb

Niko Hülkenberq: “Azərbaycan yarışında xallar əlçatan idi və onları itirmək təəssüf doğurur. Yarışın sonlarına yaxın 10-cu yerdə idim, lakin qarşımdakı rəqiblər bir-biri ilə mübarizə aparmağa başladılar. Bu da vaxt itkisinə səbəb oldu və Karlos Sayns mənə yaxınlaşaraq hava kisəsindən istifadə etmək üçün kifayət qədər məsafəni bağladı. Williams düzlüklərdə çox sürətli bolidə sahibdir və onu arxada saxlamaq üçün heç nə edə bilmədim.

Bu həftəsonu əsas problemimiz düzlüklərdə sürət çatışmazlığı idi. Bu trasda isə bu, həm hücum etməyə, həm də müdafiə olunmağa ciddi mane olur. Nə isə, bunu qəbul edib yolumuza davam edəcəyik.

Qarşıdakı bir neçə gün ərzində telemetriyanı təhlil etmək, bolidi daha yaxşı anlamaq və növbəti həftəsonunda nəyə nail ola biləcəyimizi müəyyənləşdirmək üçün vaxtımız olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et