Rəsmi: Vassyör Ferrari-də qalır

Rəsmi: Vassyör Ferrari-də qalır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Son günlərdə yayılan çoxsaylı söz-söhbətlərə baxmayaraq, Scuderia Ferrari komanda rəhbəri Frederik Vassyörlə əməkdaşlığı davam etdirəcəyini təsdiqləyib.

Ferrari 2026-cı mövsümün ilk bölümündə iki yarış qələbəsi qazansa da, yay fasiləsindən sonra işlər komandanın istədiyi kimi getməyib və Skuderiya rəqiblərinin tempinə cavab verməkdə çətinlik çəkib.

Bu vəziyyət komanda rəhbəri Frederik Vassyörün Ferrari-dən ayrılacağı ilə bağlı söz-söhbətlərə səbəb olub.

Lakin çərşənbə axşamı Ferrari tərəfindən yayılan rəsmi açıqlamada komandanın fransız rəhbərlə yola davam etmək qərarına gəldiyi bildirilib.

Ferrari-nin kommunikasiya direktoru Maria Conti məsələ ilə bağlı bunları deyib: “Son günlərdə Scuderia Ferrari-nin rəhbərliyi ilə bağlı söz-söhbətlər getdikcə artır.

Lakin Ferrari-nin bu məsələdə mövqeyi aydındır və dəyişməyib: Ferrari qərarlarını artıq verib. Frederik Vassyörə və onun komandasına tam etimad göstəririk və bu etimadımızı davam etdiririk. Hazırda, xüsusilə də bu mühüm mərhələdə komandanın vahid və həmrəy qalması çox vacibdir. Bütün enerjimizi qarşıdakı yarışlara yönəldirik.

Ferrari həmişə böyük maraq doğuran komanda olub və bir çox peşəkarın bu komandanın bir hissəsi olmaq istəməsi tamamilə təbiidir. Bu, Ferrari-nin əslində təmsil etdiyi gücün göstəricisidir.

Məhz buna görə də komanda xaricindən yayılan söz-söhbətləri qızışdırmaq və fərziyyələrə münasibət bildirmək istəmirik. Bundan sonra da bu mövqeyimizi qoruyacağıq.

Bu, yalnız The Times qəzetində cənab Hornerlə bağlı yayılan xəbərə aid deyil. Ümumilikdə Frederik Vasysörlə bağlı çoxsaylı söz-söhbətlər var. Bir daha vurğulamaq istəyirik ki, Frederik Vassyörə və onun komandasına güvənirik və bu etimadımız davam edir. Mövqeyimiz aydındır. Bu, təkcə indiki vəziyyətə aid deyil, əvvəl də bunu təsdiqləmişik”.

Bunları da oxuyun

Şərh əlavə et