F.Briatore: Kolapinto barədə qərar verəcəyik

F.Briatore: Kolapinto barədə qərar verəcəyik
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bakıdakı təhlükəsizlik avtomobilindən sonra baş verən qəza barədə danışan Flavio Briatore Franko Kolapintoya qarşı hansı tədbirlərin görüləcəyini nəzərdən keçirəcəklərini açıqlayıb.

Azərbaycan yarışında hər iki avtomobillə xal qazanmaq şansı əldə edən Alpine Franko Kolapintonun ilk döngədəki səhvi ilə böyük məyusluq yaşayıb.

Argentinalı pilotun təkərləri bloklayaraq komanda yoldaşı Pyer Qasliyə çırpılması, Qaslinin isə McLaren pilotu Lando Norrisin trasdan çıxmasına səbəb olması ilə nəticələnən qəza Briatorenin sərt reaksiyasına səbəb olub.

Komandanın hər iki avtomobillə xal qazanmaq şansını əldən verməsinə qəzəblənən Briatore deyib: “Çempionat mübarizəsində çox dəyərli xallar itirdiyimizi nəzərə alaraq, bugünkü yarışın nəticəsindən son dərəcə məyusam. Xüsusilə hər iki avtomobillə xal qazana biləcəyimiz əla mövqedə olduğumuz halda belə hadisələr qətiyyən baş verməməlidir. Komanda adından həftəsonu boyunca möhtəşəm iş görən Pyer üçün çox üzülürəm. Həmçinin yarışlarını məhv etdiyimiz üçün Landodan və McLaren komandasından üzr istəyirəm.

Frankonun üzərinə düşən bütün məsuliyyəti öz üzərinə götürdüyünü bilirəm. Həqiqətən də yarışın gedişatını və təhlükəsizlik avtomobilindən sonra restart şərtlərini nəzərə alsaq, o, çox gec əyləclədi.

Onun təcrübəsində olan bir pilot üçün bu, son dərəcə pis və həvəskarcasına edilmiş bir hərəkət idi. Belə bir hadisədən nəticə çıxarıldığına əmin olmaq və gələcəkdə oxşar halların qarşısını almaq üçün vəziyyəti sakit şəkildə dəyərləndirmək və hansı addımı atacağımıza qərar vermək istəyirəm”.

Bunları da oxuyun

Şərh əlavə et