Ş.Lekler: Zəifik

Ş.Lekler: Zəifik
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının pilotu Şarl Lekler Azərbaycan Qran Prisindən sonra mətbuata açıqlamalar verib.

Monakolu pilot zəif startının yarışını çətinləşdirdiyini bildirib və rəqiblərinin inkişafı fonunda Ferrari-nin avtomobil performansında geriləmə yaşadığına diqqət çəkib.

Sıralama turunu ikinci pillədə başa vurduqdan sonra ümidləndiyini, lakin yarış tempində Red Bull Racing və Mercedes ilə rəqabət apara bilmədiklərini bildirən Şarl Lekler ilk dövrələrdə itirdiyi vaxtın bütün strategiyalarını pozduğunu deyib.

İtaliya komandasının Bakıdakı vəziyyətini dəyərləndirən Şarl Lekler yarışdan sonrakı hisslərini belə ifadə edib: “Düşünürəm ki, söhbət təkcə düzlüklərdəki sürətdən getmir. Ümumilikdə yarış tempinə görə Red Bull Racing və Mercedes ilə müqayisədə qətiyyən yaxşı səviyyədə deyildik.

Bəzi məqamlarda McLaren ilə başabaş mübarizə apara bildik. Lakin çox pis start götürdük və təəssüf ki, bu vəziyyət yarışımızın qalan hissəsinə tamamilə təsir etdi.

Həqiqətən də çox təəssüf oldu. İkinci pilləni əldə etdikdən sonra ümidli idim, amma realist yanaşsaq, bu gün çətin yarış keçirəcəyimizi onsuz da bilirdik”.

Mövsümün qalan hissəsində Ferrari üçün daha uyğun trasların olacağını qəbul etməklə yanaşı, komandasını da tənqid edən Lekler rəqiblərinin inkişaf tempinə diqqət çəkib.

Avtomobilin döngələrdəki və şassi performansında geridə qaldıqlarını bildirən Lekler gələcəklə bağlı bunları deyib: “Düşünürəm ki, bizə uyğun traslar olacaq, amma açıq danışmalıyıq.

McLaren və Red Bull Racing irəliyə doğru çox böyük addımlar atıb. Mercedes-in də ciddi irəliləyiş əldə etdiyini düşünürəm.

Buna görə də mövsümün müəyyən mərhələsində sahib olduğumuz ən yaxşı şassiyə artıq sahib olduğumuzu düşünmürəm. Bu, üzərində mütləq çalışmalı olduğumuz məsələdir”.

Bunları da oxuyun

Şərh əlavə et