A.Hacar: Düzgün taktika ilə podiuma yüksəldim

A.Hacar: Düzgün taktika ilə podiuma yüksəldim
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Yaşadığı zədədən sonra Azərbaycan Qran Prisində trasa qayıdan Ayzek Hacar yarışı üçüncü sırada tamamlayaraq karyerasının ikinci podyumunu əldə edib. Red Bull pilotu yarışdan sonra çıxışını dəyərləndirib.

Həftəsonu ərzində trasda addım-addım irəliləmək strategiyasının bəhrəsini podyumla aldığını vurğulayan gənc pilot yarışdan sonrakı hisslərini belə ifadə edib.

Ayzek Hacar: “Doğrudan da çox uzun vaxt keçdi. Amma düşünürəm ki, geri qayıtmaq üçün ən doğru vaxt bu həftəsonu idi.

Özümü kifayət qədər güclü hiss etdim və həftəsonu ərzində addımlarımı çox ehtiyatla atdım. Bakı çox sürətli şəkildə divarda qala biləcəyiniz trasdır və özünəinam qazanmağa çalışdığım vaxt belə bir qəza ilə üzləşməyə heç ehtiyacım yox idi.

Həftəsonu boyunca çox yavaş və tədricən irəlilədim. Bu yanaşmam məni podyuma çıxardı. Həqiqətən çox xoşbəxtəm”.

Yaşadığı zədədən sonra biləyində hələ də yüngül keylik hiss etdiyini, lakin bunun performansına təsir göstərmədiyini deyən Hacar qarşıdakı sıx yarış təqvimi öncəsi fiziki vəziyyətini də dəyərləndirib.

Mövsümün qalan hissəsini səbirsizliklə gözlədiyini bildirən Red Bull pilotu qarşıdakı yarışlarla bağlı belə danışıb: “Biləyimdə yüngül keylik hiss etsəm də, vəziyyətimdən razıyam və özümü yaxşı hiss edirəm.

Yenidən yarışa bildiyim üçün çox həyəcanlıyam. Qarşıda bizi kifayət qədər sıx və gərgin yarış təqvimi gözləyir. Növbəti dayanacaq Sepanqda trasa çıxacağım günü səbirsizliklə gözləyirəm”.

Bunları da oxuyun

Şərh əlavə et