C.Rassell: Maks az qala keçəcəkdi

C.Rassell: Maks az qala keçəcəkdi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının pilotu Corc Rassell Azərbaycan Qran Prisində qazandığı qələbədən sonra yarışın sonlarında yaşadığı kritik anlardan danışıb.

Yarışın ilk hissəsini rahat keçirdiyini və fərqi nəzarətdə saxladığını bildirən Rassell təhlükəsizlik avtomobilinin trasdan çıxmasından sonra Red Bull pilotu Maks Ferstappenin təzyiqini hiss etdiyini deyib.

Corc Rassell finiş xəttində yaşanan kritik anları belə təsvir edib: “Yarışın ilk yarısı fərqi artıraraq kifayət qədər rahat keçdi.

Lakin arxamda Maks olduğu halda təhlükəsizlik avtomobili trasa çıxanda öz-özümə ‘bu, heç də asan olmayacaq’ dedim. Nəticədə yarışın sonlarında o, inanılmaz sürüş nümayiş etdirdi. Bottasın qəzasından sonra sarı bayraqlar çıxanda qazı buraxdım. Yenidən qaz pedalına basanda isə turbo işə düşmədi.

Bir anda gücü itirdim və düz finiş xəttində Maks az qala məni keçəcəkdi. Qələbəni məhz orada itirmək böyük məyusluq olardı. Amma nəticə etibarilə hər şeyi ilə inanılmaz həftəsonu oldu”.

Rassell yay fasiləsindən sonra tətbiq etdiyi yeni sürüş tərzinə artıq uyğunlaşdığını bildirib. Çətin günlərdə ona inamını itirməyən komandasına təşəkkür edən təcrübəli pilot yaşadığı dəyişiklikdən də danışıb: “Yenidən zirvədə olmaq möhtəşəm hissdir.

Çətin anlarda mənə inanmağa davam edən və bu prosesdən daha güclü çıxmağıma kömək edən komandama böyük təşəkkürümü bildirmək istəyirəm. Bu həftəsonunu keçirmə tərzimizlə həqiqətən qürur duyuram. Bu yüksək performansın arxasında qəbul etdiyim yeni sürüş tərzi ilə bağlı daha çox təcrübə qazanmağım dayanır. Yay fasiləsindən sonra keçirilən hər yarışda özümü daha da güclənmiş hiss edirəm. Artıq trasda özüm kimi sürə bilirəm və bu, həqiqətən möhtəşəm hissdir”.

Bunları da oxuyun

Şərh əlavə et