F.Alonso: Finişə çatmağa çalışacağam

F.Alonso: Finişə çatmağa çalışacağam
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bakı Şəhər Halqasında Aston Martin adətən olduğundan daha az rəqabətədavamlı görünür. Buna səbəb uzun düzlüklərdə Honda güc qurğusunun kifayət qədər güc verə bilməməsidir.

Start öncəsi komandanın lideri Fernando Alonso şənbə günü keçiriləcək yarış üçün qarşısına qoyduğu məqsədi açıqlayıb.

Fernando Alonso: “Səhvlərə yol vermədən, sıralanma turunda olduğu kimi bolidi qəzaya uğratmadan finişə çatmağa çalışacağam. Biz ən yüksək mövqelər uğrunda mübarizə aparmırıq. Buna görə də bu üçlü yarış seriyasının ilk mərhələsində bolidi salamat saxlamaq vacibdir.

Bizi ardıcıl üç yarış gözləyir. Buna görə də məqsədimiz ehtiyat hissələrimizi qorumaq və hər şeyi bu istiqamətdə planlaşdırmaqdır”.

Fernando Alonso Bakıda komanda yoldaşı Lance Strollun önündə, 21-ci yerdən start götürəcək. Qeyd edək ki, ikiqat Dünya Çempionu daha əvvəl Bakı Şəhər Halqasında keçirilən 9 yarışdan 7-də xal qazanıb.

Bunları da oxuyun

Şərh əlavə et