F.Vassyör: Rassell uçurdu

F.Vassyör: Rassell uçurdu
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının rəhbəri Frederik Vassyör Bakıdakı sıralanma turlarından sonra komandanın çətin başlanğıcdan yaxşı geri dönüş etdiyini bildirib.

Azərbaycan Qran Prisinin sıralanma turlarından sonra jurnalistlərin suallarını cavablandıran fransız rəhbər həftəsonunun gedişatını və yarışla bağlı gözləntilərini dəyərləndirib.

İlk məşq sessiyalarında ciddi problemlərlə üzləşmələrinə baxmayaraq, Şarl Leklerlə ön cərgədə yer almağı bacardıqlarını deyən Vassyör nəticədən məmnun qaldığını bildirib. Bununla belə, Mercedes-in nümayiş etdirdiyi tempi gözardı etməyin mümkün olmadığını vurğulayıb.

Frederik Vassyör jurnalistlərə açıqlamasında deyib: “Çıxarmalı olduğumuz ilk müsbət nəticə bəlkə də mövsümün ən çətin cümə gününü geridə qoymağımızdır.

İlk iki məşq seansımız həqiqətən çox çətin keçdi. Lakin dünən axşamdan etibarən komanda olaraq əla iş gördük və temp baxımından yenidən mübarizəyə qoşulduq. Bu vəziyyətdən son dərəcə razıyam.

Rassell sözün əsl mənasında uçur. Birinci məşq sessiyasındakı ilk dövrəsindən etibarən daim zirvədə olub.

Bu gün tamamilə öz yarışımıza fokuslanmalıyıq. Məşq sessiyalarında tempimiz pis deyildi, ancaq bizi çətin yarışın gözlədiyini deyə bilərəm.

Əgər Rassell sıralanma turlarındakı tempini yarışda da nümayiş etdirsə, ona çatmaq həqiqətən çətin olacaq.

Maks Ferstappen sıralanma turlarında problemlə üzləşdi, lakin onun da kifayət qədər güclü tempi var idi.

McLaren, Red Bull və Ferrari arasında dövrə vaxtları son dərəcə yaxındır. Dediyim kimi, Rassell hazırda uçur, amma sabah nələrin baş verəcəyini heç vaxt bilmərik”.

Bunları da oxuyun

Şərh əlavə et