L.Həmilton: Həyatda qalmağa çalışdım

L.Həmilton: Həyatda qalmağa çalışdım
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bakıdakı sıralanma turlarından sonra jurnalistlərin suallarını cavablandıran Lyuis Həmilton arxa təkərləri düzgün iş temperaturu diapazonuna gətirməkdə ciddi çətinlik çəkdiyini bildirib.

Azərbaycan Qran Prisinin sıralanma turlarında istədiyi tempi tapa bilməyən Həmilton sessiya boyunca həm təkər problemləri, həm də komandanın strateji qərarları ilə mübarizə aparmalı olub. Q1-də nisbətən yaxşı hisslər yaşasa da, seans irəlilədikcə arxa təkərlərin yol tutuşunu itirdiyini bildirən britaniyalı pilot Q3-dəki yeganə cəhdində hava koridorundan da məhrum qaldığını vurğulayıb.

Seansı dəyərləndirən Lyuis Həmilton belə danışıb: “Həftəsonu boyunca təkərləri düzgün iş temperaturu diapazonuna gətirməkdə ciddi çətinlik çəkdik.

Q1 pis keçmədi, bolidin hissiyatı da kifayət qədər yaxşı idi. Amma Q2-yə keçəndə xüsusilə arxa təkərlərlə bağlı daha böyük problemlər yaşamağa başladıq. Buna baxmayaraq, ilk iki seansda heç olmasa qarşımdakı bolidləri izləyə bilirdim.

Q2-dən sonra komanda planları dəyişərək Q3-də yalnız bir dövrə vurmaq qərarına gəldi. Bu qərar nəticəsində qarşıda heç bir bolid olmayacaqdı və bütün dövrə ərzində Şarla hava koridoru verməli olacaqdım.

Trasda Corcdan düz 25 saniyə sonra çıxdım. Belə strategiya problemləri daim baş verir, ona görə artıq öyrəşmişəm.

Şarl əla iş gördü. Son hissədə finiş xəttinə qədər ona həqiqətən çox yaxşı hava koridoru verdim.

Məncə, Maks həftəsonu boyunca həmişə daha sürətli idi. Amma son seansda onun başına nə gəldiyini bilmirəm.

Hazırda bəlkə ikinci, bəlkə də üçüncü ən sürətli bolidə sahibik. Sabah qarşımızdakı bolidləri ötmək olduqca çətin olacaq.

Üçüncü məşq seansında hava koridoru əldə edəndə 0,6 saniyə qazanmışdım. Təəssüf ki, sıralanma turlarında bundan istifadə edə bilmədim. Q3-də yalnız bir dövrə vurmağım da problem deyil. Əsas problem qarşıda heç kimin olmaması idi.

Sözün əsl mənasında trasda sağ qalmaq üçün mübarizə aparırdım. Amma yenə də bu axmaq təkərlərdən heç cür səmərəli istifadə edə bilmədim.

İdman keyfiyyətli və düzgün işləyən təkərləri geri qaytarmalıdır”.

Bunları da oxuyun

Şərh əlavə et