Pirelli Medium-Soft kombinasiyasını üstün sayır

Pirelli Medium-Soft kombinasiyasını üstün sayır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Pirelli Bakıda keçirilən Azərbaycan Qran Prisinin sıralanma turunu təhlil edərək qeyd edib ki, poul qazanan Corc Rassell final sessiyasında eyni Soft təkər dəsti ilə üçüncü sürətli cəhdində ən yaxşı nəticəsini göstərib.

Mercedes pilotu ilə yanaşı, ikinci nəticəni göstərən Şarl Lekler də sıralanma turu ərzində cəmi üç dəst Soft təkərdən istifadə edib. Məsələn, McLaren pilotu Oskar Piastri isə C5 tərkibli dörd təkər dəstini işlədib.

Pirellinin ənənəvi poul mükafatını Corc Rassellə ikiqat MotoGP çempionu, avstraliyalı motosiklet pilotu Casey Stoner təqdim edib. Stoner 2007 və 2011-ci illərdə MotoGP üzrə dünya çempionu olub.

Dario Marrafuski, Pirelli Motorsport direktoru: “Gözlədiyimiz kimi, şənbə günü hava şəraiti cümə günündən əhəmiyyətli dərəcədə fərqlənirdi. Həm havanın, həm də asfaltın temperaturu daha aşağı idi, külək isə güclənmişdi. Bu amillər bolidlərin davranışına da təsir göstərirdi. Xüsusilə bolidin arxa hissəsi daha qeyri-stabil görünürdü.

Üçüncü məşq sessiyasının əvvəlində trasın örtüyü hələ də çox çirkli idi və buna görə də yol tutuşu yaxşı deyildi. Dövrə nəticələri hətta dünənkindən də zəif idi. Pilotlar ilk saat ərzində bolidi idarə edərkən özlərini daha inamlı hiss etməyə çalışır, eyni zamanda sıralanma turundan əvvəl sazlamalarda xırda dəyişikliklər üzərində işləyirdilər.

Gün ərzində asfaltın vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdı və buna uyğun olaraq dövrə nəticələri də davamlı şəkildə yüksəldi. Sonda göstəricilər simulyatorda hesablanan nəticələr səviyyəsinə çatdı.

Təkərlərdə nəzərəçarpacaq dərəcədə yeyilmə müşahidə olunmadı. Bu isə komandaların eyni Soft təkər dəsti ilə bir neçə cəhd etməsinə imkan verdi. Buna həm asfaltın vəziyyətinin yaxşılaşması, həm yanacaq yükünün minimum səviyyədə olması, həm də təkərlərin işlədiyi əlverişli şərait kömək etdi.

Buna görə də Corc Rassell də daxil olmaqla bir neçə pilotun eyni təkər dəsti ilə üçüncü cəhdində ən yaxşı nəticəsini göstərməsi təəccüblü deyil.

Pirellinin hazırkı məlumatları təsdiqləyir ki, bir pit-stoplu strategiya hələ də optimal variant olaraq qalır. Orta səviyyədə yeyilməni nəzərə alsaq, Medium və Soft təkərlərin kombinasiyası ən səmərəli seçim kimi görünür.

Alternativ variant ikinci hissəni Hard təkərlərlə keçirmək ola bilər. Lakin belə strategiyanın tətbiqi yarışın erkən mərhələlərində neytrallaşdırılacağı halda məntiqli ola bilər”.

Bunları da oxuyun

Şərh əlavə et