Sayns və Peres cərimələnib

Sayns və Peres cərimələnib
perez
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Azərbaycan Qran Prisinin sıralanma turundan sonra stüardlar sarı bayraqlara məhəl qoymadığı üçün Karlos Saynsa, Oskar Piastrini blokladığı üçün isə Serxio Peresə cəza verib.

Karlos Saynsın iştirakı ilə bağlı insidenti araşdıran stüardlar müəyyən ediblər ki, ikinci döngədən sonrakı düzlükdə və üçüncü döngəyə qədər sarı bayraqlar aydın şəkildə görünürmüş. Bundan başqa, komanda da Saynsa bu barədə xəbərdarlıq edib. Dinləmələr zamanı Williams pilotu bayraqları gördüyünü təsdiqləyib.

Sayns izah edib ki, sarı bayraqların olduğu bütün hissədə sürəti azaltmağı planlaşdırıb. Onun sözlərinə görə, düzlükdə sürəti azaltmağı zəruri hesab etməyib və üçüncü döngəyə yaxınlaşarkən və həmin döngədən keçərkən bayraqlara reaksiya verdiyini göstərməyi düşünərək hərəkət edib. Sayns bunu ardıcıl iki sektorda tətbiq olunan vahid sürət azalması kimi qiymətləndirib.

İspaniyalı pilot əlavə edib ki, sarı bayraqların çıxmasına səbəb olan bolid artıq trasdan uzaqlaşıb və buna görə də bayraqların götürüləcəyini gözləyib. Lakin stüardlar bu izahla razılaşmayıblar və Saynsa startda beş yer itirmə cəzası veriblər. Bundan başqa, onun lisenziyasına iki cərimə balı əlavə olunub. Beləliklə, Saynsın son 12 ay ərzində topladığı cərimə ballarının sayı dördə çatıb.

Sıralanma turunda 20-ci nəticəni göstərən Cadillac pilotu Serxio Peres isə startda üç yer itirəcək. Meksikalı pilot 18, 19 və 20-ci döngələrdə yarış trayektoriyası ilə yavaş hərəkət edərək sürətli dövrədə olan Oskar Piastrini sürətini azaltmağa və hərəkət trayektoriyasını dəyişməyə məcbur edib.

Bunları da oxuyun

Şərh əlavə et