O.Piastri: Corca çatmaq mümkünsüz idi

O.Piastri: Corca çatmaq mümkünsüz idi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının pilotu Oskar Piastri Azərbaycan Qran Prisinin sıralanma turlarında üçüncü yeri tutduqdan sonra açıqlamalar verib.

Məşq seanslarında yaşadıqları temp çatışmazlığını sıralanma turlarında aradan qaldırdıqlarını bildirən avstraliyalı pilot üçüncü yeri və komandanın son seansdakı performansını belə dəyərləndirib.

Oskar Piastri: “Seans ümumilikdə yaxşı keçdi. Sıralanma turlarında ehtiyacımız olan tempi tapa bildik.

Bu, bu il ilk dəfə başımıza gəlmir. Məşq seanslarında bir qədər geridə qalmış kimi görünsək də, sıralanma turlarına gəldikdə həmin performansı hansısa şəkildə ortaya çıxara bilirik.

Q3-dəki ilk dövrələrdən sonra ilk iki yerdə özümüzü görəndə kifayət qədər təəccüblənmişdim. Amma təəssüf ki, Corcu yaxalamaq şansımız yox idi”.

Azərbaycanın çətin küçə trasında yenidən ön sıralara qayıtmağın əhəmiyyətinə toxunan Piastri bazar günü keçiriləcək yarış öncəsi qazandıqları müsbət impulsdan məmnun olduğunu bildirib: “Həftəsonunun indiyə qədərki gedişatından kifayət qədər razıyam.

Yenidən ilk üçlükdə yer almaq və yarışa ön qrupdan başlamaq çox sevindiricidir”.

Bunları da oxuyun

Şərh əlavə et