Ş.Lekler: Rassell ilə fərq böyükdür

Ş.Lekler: Rassell ilə fərq böyükdür
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının  pilotu Şarl Lekler Azərbaycan Qran Prisinin sıralanma turlarında ikinci yeri tutduqdan sonra açıqlamalar verib.

Sıralanma turlarının son seansında təmiz dövrə vurduğunu bildirən Lekler qarşısındakı bolidin hava koridorundan faydalanmasına baxmayaraq Mercedes-in əldə etdiyi dövrə vaxtına çata bilmədiklərini vurğulayıb. Həftəsonu ərzində komandanın çətinlik çəkdiyini qeyd edən Monakolu pilot hisslərini belə ifadə edib.

Şarl Lekler: “Düzünü desəm, kifayət qədər yaxşı dövrə vurdum.

Düşünürəm ki, Lyuis məndən üç-dörd saniyə öndə idi. Seansın sonunda yaxşı nəticə əldə etməyi bacardım. Amma Corcla aramızdakı zaman fərqini görəndə düşündüm ki, bəlkə də vurduğum dövrə kifayət qədər yaxşı olmayıb.

Ümumilikdə bütün həftəsonu ərzində geridən gəlməli olduq. Çətin keçən cümə axşamından sonra daha geridə qalacağımızı gözləyirdik. Lakin bu səhər bir qədər daha ümidlənmişdim.

Sıralanma baxımından gözlədiyimiz yerdəyik. Amma Rassell ilə aramızdakı fərq gözlədiyimizdən çoxdur.

Sabah nələrin baş verəcəyini birlikdə görəcəyik. Hazırda düzlüklərdəki sürətimiz ən güclü tərəfimiz kimi görünmür. Amma birinci məşq seansında yüksək yanacaq yükü ilə vurduğumuz dövrələrdə tempimiz kifayət qədər güclü idi. Ümid edirəm ki, sabahkı yarışda da eyni performansı davam etdirə biləcəyik”.

Bunları da oxuyun

Şərh əlavə et