Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycan-2026: Antonellinin qəzası fonunda Rasselldən dominant poul

Corc Rassell Formula 1 Azərbaycan Qran Prisində 2026-cı ildə beşinci poulunu qazanıb, çempionatın lideri Kimi Antonelli isə divara çırpıldıqdan sonra yarışa 16-cı yerdən daha öndə başlamayacaq.

Corc Rassell Formula 1 Azərbaycan Qran Prisində 2026-cı ildə beşinci poulunu qazanıb, çempionatın lideri Kimi Antonelli isə divara çırpıldıqdan sonra yarışa 16-cı yerdən daha öndə başlamayacaq.

Mercedes pilotu Corc Rassell Formula 1 Azərbaycan Qran Prisində Şarl Lekleri qabaqlayaraq dominant poul qazanıb, komanda yoldaşı və titulun favoriti Kimi Antonelli isə Q1-də qəza edib.

6 km uzunluğundakı Bakı Şəhər Halqasında Antonelli Q1 zamanı sola dönülən birinci döngənin daxili hissəsində baryerlərə toxunub və ön sol asılqanın bərpası mümkün olmayan zədəsi səbəbindən Mercedes W17-ni boksa qaytara bilməyib. Antonelli artıq Q2-yə keçmək üçün kifayət edən nəticə göstərmişdi, lakin sessiyanı davam etdirə bilmədi və ən yaxşı halda 16-cı yerdən start götürəcək.

Cümə axşamı keçirilən sərbəst yürüşlərdə yüksək tempini artıq nümayiş etdirən komanda yoldaşı Rassell fürsətdən tam istifadə edərək Şarl Lekler və Oskar Piastrini qabaqlayıb dominant poul qazandı. Bu, britaniyalının cari mövsümdə beşinci poulu oldu.

Q3-də Piastri və Lando Norris ilkin lider Rasselli erkən mərhələdə qabaqlayaraq təsnifat cəhdlərinin ilk seriyasında zirvəyə qalxanda McLaren gözlənilməz nəticə göstərdi. Qarışıq keçən iki sərbəst yürüşdən sonra papaya rəngli komanda hələ optimal təsnifat dövrələri qura bilməmişdi, hətta Norris Q1-də bolidində nəyinsə qaydasında olmadığından şübhələnmişdi.

Lakin Piastrinin 1:43.571-lik nəticəsi Rassell üçün keçilməsi mümkün hədəf oldu. Britaniyalı ikinci cəhdində yarım saniyə daha sürətli gedərək 1:43.037-lik nəticə göstərdi və rəqiblərindən heç biri buna cavab verə bilmədi.

Son cəhdində Rassell öz əvvəlki göstəricisindən daha beş onda bir saniyə qopararaq 1:42.526-lıq dominant poul dövrəsi vurdu.

Ferrari ilk cəhdini gecikdirərək fərqli plan seçdi. Bunun nəticəsində Lekler müvəqqəti ikinci yerə yüksəldi, daha sonra isə monakolu pilot əlavə onda bir saniyə taparaq Rasselldən ayıldıcı dərəcədə böyük — səkkiz onda bir saniyə geri qalmasına baxmayaraq, Piastrinin önündə həmin start mövqeyini təmin etdi.

İsaak Həcər zədədən qayıdışını start düzümündə dördüncü yerlə qeyd etdi. Norris son cəhdində səhvə yol verərək Hamiltonun önündə beşinci yerlə kifayətləndi. Pyer Qasli Alpine üçün yeddinci yeri təmin etdi, Maks Ferstappen isə Norrisin trasdan çıxmasına görə göstərilən sarı bayraqların təsiri altında qalaraq yalnız səkkizinci ola bildi.

Karlos Sayns Williams-ın yenilənmiş FW48 bolidindən tam istifadə edərək doqquzuncu yeri qazandı, Franko Kolapinto isə qeyri-sabit keçən Q3 sessiyasından sonra onuncu oldu.

Rassell Q2-nin sonlarında göstərdiyi 1:43.462-lik nəticə ilə Ferstappeni 0.2 saniyə qabaqlayaraq sessiyaya başçılıq etdi və poul uğrunda gərgin mübarizənin olacağını vəd etdi.

Williams-ın da mübarizəyə qoşulması ilə son Q3 yerləri uğrunda savaş bütün mövsüm ərzində olduğu qədər gərgin keçdi. Sayns fürsətdən yararlanaraq doqquzuncu oldu və nadir hallarda qazandığı Q3 vəsiqəsini əldə etdi. Trasın vəziyyətinin dramatik sürətlə yaxşılaşması pilotların son cəhdlərində maksimum nəticəyə çatmaq üçün bolidlərinə bir neçə dövrəyə kifayət edəcək yanacaq doldurması demək idi. Son saniyələrdə Alpine pilotu Kolapinto onuncu yeri Haas pilotu Oliver Bermandan aldı və komanda yoldaşı Qasliyə növbəti seqmentdə qoşuldu.

Q2-nin ən böyük zərərçəkəni Racing Bulls oldu: Liam Louson 12-ci yerdə mübarizəni dayandırdı. Onun ardınca ikinci Williams bolidində Aleks Albon və digər Haas-da Esteban Okon gəldi. Arvid Lindblad yalnız 15-ci nəticəni göstərə bildi və britaniyalının indiyədək qarışıq keçən həftəsonu davam etdi. O, FP2-də qəza etmişdi və komanda rəhbəri Alan Permeyn bunu “debütant həvəsi” ilə əlaqələndirmişdi.

Antonelli mübarizədən kənarlaşdıqdan sonra Rassell Q1-də də lider oldu və sessiyanın sonunda 1:43.615-lik nəticə ilə Ferstappeni geridə qoydu. Arxa planda Williams yenilənmiş hər iki bolidi ilə rahatlıqla növbəti mərhələyə keçdi.

Güc qurğusundakı çatışmazlığını üzə çıxaran yüksək sürətli trasda Audi Williams-ın irəliləyişinin əvəzini ödədi: Qabriel Bortoleto və Niko Hülkenberq müvafiq olaraq 17-ci və 18-ci yerlərdə mübarizəni dayandırdılar. Cadillac və Aston Martin-in dörd bolidi də ələndi. Fernando Alonso və Lens Stroll Honda güc qurğularının dəyişdirilməsinə görə artıq start düzümünün sonundan başlama cəzası ilə üzləşiblər.

Yer Pilot Komanda # Şassi Mühərrik Dövrə Nəticə Fərq Təkər km/saat
1 C. Rassell Mercedes 63 Mercedes Mercedes 26 1:42.526 — S 210.783
2 Ş. Lekler Ferrari 16 Ferrari Ferrari 23 +0.837
1:43.363
0.837 S 209.076
3 O. Piastri McLaren 81 McLaren Mercedes 22 +0.838
1:43.364
0.001 S 209.074
4 İ. Həcər Red Bull Racing 6 Red Bull Red Bull 21 +0.974
1:43.500
0.136 S 208.799
5 L. Norris McLaren 1 McLaren Mercedes 21 +1.146
1:43.672
0.172 S 208.453
6 L. Hamilton Ferrari 44 Ferrari Ferrari 22 +1.332
1:43.858
0.186 S 208.080
7 P. Qasli Alpine 10 Alpine Mercedes 20 +1.521
1:44.047
0.189 S 207.702
8 M. Ferstappen Red Bull Racing 3 Red Bull Red Bull 24 +1.555
1:44.081
0.034 S 207.634
9 K. Sayns Williams 55 Williams Mercedes 25 +2.040
1:44.566
0.485 S 206.671
10 F. Kolapinto Alpine 43 Alpine Mercedes 21 +2.437
1:44.963
0.397 S 205.889
11 O. Berman Haas F1 Team 87 Haas Ferrari 17 +2.249
1:44.775
— S 206.259
12 L. Louson Racing Bulls 30 RB Red Bull 18 +2.334
1:44.860
0.085 S 206.091
13 A. Albon Williams 23 Williams Mercedes 17 +2.475
1:45.001
0.141 S 205.815
14 E. Okon Haas F1 Team 31 Haas Ferrari 18 +2.490
1:45.016
0.015 S 205.785
15 A. Lindblad Racing Bulls 41 RB Red Bull 16 +2.580
1:45.106
0.090 S 205.609
16 A. Antonelli Mercedes 12 Mercedes Mercedes 5 +2.978
1:45.504
0.398 S 204.833
17 Q. Bortoleto Audi 5 Audi Audi 10 +3.273
1:45.799
0.295 S 204.262
18 N. Hülkenberq Audi 27 Audi Audi 10 +3.394
1:45.920
0.121 S 204.029
19 F. Alonso Aston Martin Racing 14 Aston Martin Honda 9 +4.067
1:46.593
0.673 S 202.741
20 S. Peres Cadillac F1 Team 11 Cadillac Ferrari 9 +4.132
1:46.658
0.065 S 202.617
21 L. Stroll Aston Martin Racing 18 Aston Martin Honda 9 +4.811
1:47.337
0.679 S 201.335
22 V. Bottas Cadillac F1 Team 77 Cadillac Ferrari 10 +5.764
1:48.290
0.953 S 199.564

Gilənur Hüseynova

Şərh əlavə et