Həmilton xəbərdarlıq alıb

Həmilton xəbərdarlıq alıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Azərbaycan Qran Prisinin ikinci məşq sessiyasından sonra mərhələnin stüardları Lyuis Həmilton və Liam Louson arasında baş verən insidenti araşdırıblar. Ferrari pilotu sürətli dövrəyə hazırlaşan rəqibinin qarşısını kəsib.

Stüardlar hadisənin bütün təfərrüatlarını, videoyazıları, telemetriyanı və radio danışıqlarını araşdırıb, həmçinin pilotları dinləyiblər. Müəyyən olunub ki, həm Hemilton, həm də Louson yavaş dövrədə olublar. Lakin Louson sürətli dövrəsinə başlamağa hazırlaşırmış.

Komanda iki dəfə Həmiltona Lousonun yaxınlaşdığı barədə xəbərdarlıq edib. Buna baxmayaraq, Lyuis yarış direktoru tərəfindən verilən təlimata uyğun olaraq mümkün qədər sola çəkilməyib və yarış trayektoriyasında qalıb. Nəticədə Racing Bulls pilotu 19-cu döngədə ona çatıb.

Toqquşmadan yayınmaq üçün Louson qaz pedalını buraxmaqla yanaşı, əyləcə də yüngül şəkildə basmalı olub.

Bu hərəkətinə görə Lyuis Həmilton yarış xəbərdarlığı alıb. Bu, onun cari mövsümdə aldığı ikinci yarış xəbərdarlığıdır.

Bunları da oxuyun

Şərh əlavə et