Cadillac-dan 3 yeni transfer

Cadillac-dan 3 yeni transfer
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Cadillac inkişaf prosesini sürətləndirmək məqsədilə texniki rəhbərlik heyətinə üç yüksək səviyyəli mütəxəssis cəlb etdiyini açıqlayıb.

 

Red Bull-un keçmiş baş konstruktoru Kreyk Skinner Cadillac-da baş inkişaf mühəndisi vəzifəsinə təyin olunub. Aston Martin-in keçmiş texniki direktor müavini Erik Blandin komandanın aerodinamika rəhbəri olacaq. McLaren, Red Bull və Ferrari kimi komandalarda çalışmış təcrübəli aerodinamika mütəxəssisi Tim Lin isə Blandinə tabe olaraq Aerodinamik Modelləşdirmə və Simulyasiya üzrə baş mühəndis vəzifəsini icra edəcək. Üç mütəxəssisin yaxın bir neçə ay ərzində komandaya rəsmi şəkildə qoşulması gözlənilir.

Cadillac mövsümə Qreym Loudonun rəhbərliyi altında Ferrari mühərrikli bolid və təcrübəli pilotlar Serxio Pereslə Valtteri Bottasdan ibarət heyətlə başlayıb. Lakin yay fasiləsində komandada rəhbərlik dəyişikliyi baş verib.

Cadillac-ın baş direktoru Den Tauriss əməliyyat proseslərini və istehsal keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Loudonun yerinə Alpine-in keçmiş rəhbəri Marsin Budkovskini komanda rəhbəri vəzifəsinə gətirib.

Budkovskinin rəhbərliyi altında komanda tərəfdaşı General Motors-un imkanlarından daha səmərəli istifadə edərək yeni mövsüm öncəsi texniki heyətində dəyişikliklər edir.

Yüksək səviyyəli mütəxəssislərin komandaya cəlb olunmasının Cadillac-ın gələcəyi baxımından mühüm addım olduğunu vurğulayan komandanın rəhbəri Marsin Budkovski fikirlərini belə ifadə edib: “Bu təyinatlar komandanın texniki inkişafında həyati əhəmiyyət daşıyan addımdır.

İnkişaf, aerodinamika və modelləşdirmə sahələrində təcrübəli rəhbərləri bir araya gətirmək daha güclü və uyğunlaşdırılmış texniki struktur formalaşdırmağımıza, həmçinin trasdakı performansımızı yaxşılaşdırmağımıza kömək edəcək.

Kreyk, Erik və Tim Cadillac-a uzunmüddətli inkişafımız üçün əsas əhəmiyyət daşıyan sahələrdə yarış və çempionluq qazanmaq təcrübəsi gətirirlər.”

Bunları da oxuyun

Şərh əlavə et