F.Vassyör: Stabil gün olmadı

F.Vassyör: Stabil gün olmadı
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının rəhbəri Fred Vassyör Azərbaycan Qran Prisinin məşq sessiyalarından sonra jurnalistlərin suallarını cavablandırıb.

Fransalı rəhbər məşq sessiyaları ərzində komandanın performansının dalğalı olduğunu və bolidin balansından razı qalmadıqlarını bildirib. O, tras şəraitinin təkərlərin idarə olunmasını çətinləşdirdiyini qeyd edib.

Mercedes-in nəticələri və rəqiblərin forması barədə danışan komanda rəhbəri belə deyib: “Qəribə vəziyyət idi. Bir dövrədən digərinə performans baxımından çox böyük dalğalanmalar yaşadıq.

Səhər sessiyası pis keçmədi, ancaq günortadan sonra bir dövrədən digərinə çox ciddi fərqlər gördük. Trasda düzgün mövqe tutmaq və yaxşı hava kisəsi tapmaq çətin idi. Təkcə biz deyil, digər komandalar da çətinlik çəkirdi. Məsələn, Maks da problemlər yaşadı.

Burada performansa təsir edən amillər adi trasla müqayisədə daha böyük fərqlər yarada bilir.

Bu gün bolidin balansından o qədər də razı qalmadıq. Sabah üçün qarşıda görməli olduğumuz çox iş var.

Mercedes-in fərqinə gəlincə, ilk günün nəticələrinə həddindən artıq əhəmiyyət verməyəcək qədər təcrübəliyəm. Bugünkü məşq nəticələrinə ilişib qalmaq mənasızdır”.

Bakıda ötmə etməyin düşünüldüyü qədər asan olmadığını və mümkün strategiyaların yarışın gedişindən asılı olaraq formalaşacağını vurğulayan Vassyör pilotlarının yaşadığı çətinliklərə və Şarl Leklerin mümkün mühərrik cəzasına da toxunub: “Bakıda nə baş verəcəyini heç vaxt bilmirsiniz. Burada böyük sürprizlərlə qarşılaşa bilərsiniz.

İlk il hamı böyük xaos gözləyirdi, amma heç nə baş vermədi. İkinci il isə tam əksinə oldu. Əgər hadisələr yaşanmasa, düşünürəm ki, strategiyamız bir pit-stop üzərində qurulacaq. Çünki burada ötmə etmək o qədər də asan deyil.

Nəticədə məşq sessiyalarında Lyuis vaxtının bir hissəsini Pyerin arxasında, Maks isə Kolapintonun arxasında keçirdi və ötmə etməkdə çətinlik çəkdilər.

Şarlın mühərrik cəzasına gəlincə, məsələ ilə bağlı dəqiq məlumatım var, lakin bunu özümə saxlayacağam. Həftəsonu ərzində Monzada təqdim etdiyimiz mühərrikdən istifadə etməyə davam edirik”.

Bunları da oxuyun

Şərh əlavə et