Çempionatın lideri Kimi Antonelli Formula 1 Azərbaycan Qran Prisində dəyərli trek vaxtını itirib, onun Mercedes-dəki komanda yoldaşı Corc Rassell isə ilk sərbəst yürüşə başçılıq edib.
Mercedes sürücüsü Corc Rassell Formula 1 Azərbaycan Qran Prisində ilk sərbəst yürüşdə Maks Ferstappeni qabaqlayıb, Kimi Antonelli isə problemlə üzləşib.
Bir saatlıq sessiyanın bitməsinə 20 dəqiqə qalmış qeydə alınan Rassellin 1:45.387-lik nəticəsi rəqibləri rahatlıqla qabaqlamaq üçün kifayət edib. Onun Mercedes-dəki komanda yoldaşı sessiyanı erkən tərk etdiyi halda, Maks Ferstappen və Ferrari sürücüsü Şarl Lekler ilk üçlüyü tamamlayıblar.
Milli bayrama uyğunlaşdırılması üçün yarış istisna olaraq şənbə günü keçiriləcəyindən, Bakı şəhər trasında çərşənbə günü baş tutan ilk sərbəst yürüş sürücülərin ehtiyatlı yanaşması ilə sakit başlayıb. Sürüşkən şəhər trasından ildə yalnız bir dəfə istifadə olunur və buna görə də yarış həftəsonunun əvvəlində asfalt tozlu olub.
Maks Ferstappen sərt təkərlərlə əvvəlcə 1:46.635-lik, ardınca isə 1:46.512-lik nəticə göstərib. O, buna RB22 bolidində əyləclərin maşını bir tərəfə çəkdiyini bildirməsinə baxmayaraq nail olub. Bilək sınığı səbəbindən üç həftəsonunu buraxdıqdan sonra Red Bull kokpitinə qayıdan komanda yoldaşı İsaak Həcər də oxşar problemlərlə üzləşib və güc qurğusundakı ehtimal olunan nasazlıq səbəbindən mühüm trek vaxtını itirib.
15 dəqiqədən sonra çempionatın lideri Antonelli 1:46.265-lik nəticə ilə zaman cədvəlinin zirvəsinə yüksəlib, lakin italiyalı sessiyanın yarısı tamamlanmamış problemlə üzləşib. Antonelli tüstülənən Mercedes W17 ilə 7-ci döngədə dayanıb, hidravlik problemdən şikayətlənib və virtual təhlükəsizlik avtomobili rejiminə səbəb olub.
Marşallar 20 yaşlı sürücünün bolidini qırmızı bayrağa ehtiyac yaranmadan sürətlə trasdan götürüblər. Bu, qalan sürücülərə sessiyanın ikinci yarısı üçün yumşaq təkərləri taxmağa imkan verib. 1-ci döngədə ön təkərləri bloklayaraq təhlükəsizlik zonasına girməli olan Ferstappen ikinci cəhdində 1:34.787-lik nəticə ilə birinci yerə yüksəlib. Bu, Corc Rassellin göstərə bildiyi nəticədən onda dörd saniyə sürətli olub. Britaniyalı özü də 3-cü döngədə divarla təmasdan cüzi fərqlə yayınıb.
Rassellin növbəti cəhdi xeyli yaxşı alınıb: o, dördqat dünya çempionunun nəticəsindən onda dörd saniyə çıxaraq 1:45.387-lik etalon nəticə müəyyənləşdirib. Lekler Ferstappenə 0.004 saniyə yaxınlaşaraq Ferrari-dəki komanda yoldaşı Lyuis Həmiltonu dördüncü yerdən edib, Antonelli isə beşinci olub.
Son dəqiqələrdə sıralamada yüksəlmək cəhdlərinin qarşısını əvvəlcə Racing Bulls-un debütantı Arvid Lindbladın 7-ci döngədə bolidə nəzarəti itirməsi, daha sonra isə Audi sürücüsü Niko Hülkenberqin 4-cü döngədə problemlə üzləşməsi alıb. Bu hadisə son dəqiqələrdə ikinci virtual təhlükəsizlik avtomobili rejiminə səbəb olub.
Niko Hülkenberq, Audi F1 Team
Foto: Guido De Bortoli / LAT Images via Getty Images
Bununla belə, Oskar Piastri sessiyanın sonunda nəticəsini yaxşılaşdıraraq altıncı yerə yüksələ bilib. Həm onun, həm də komanda yoldaşı Lando Norrisin sessiyası qarışıq keçib və hər iki bolid mümkün zədələrə görə yoxlanılıb. Yumşaq təkərlərlə reprezentativ dövrə vura bilməyən Norris 14-cü yerdə qalıb. Komandanın aşağı sürətli döngələrdəki zəifliyini aradan qaldırmağa kömək etmək məqsədilə McLaren FP1-də yeni yan pontonları, döşəmənin yeni kənarını və yenilənmiş diffuzoru sınaqdan keçirib. McLaren əhəmiyyətli yenilənmə paketi gətirən bir neçə komandadan biri olub.
Tanış Racing Bulls kokpitinə qayıdan Liam Louson Lindbladı qabaqlayaraq yeddinci yeri tutub. Haas sürücüsü Esteban Okon və Audi-dən Qabriel Bortoleto ilk onluğu tamamlayıblar.
Yenilənmiş Audi bolidləri Williams cütlüyü Karlos Sayns və Aleks Albonu ilk onluqdan kənarda saxlayıb. Williams da çoxdan gözlənilən yenilənmə paketini ilk dəfə istifadə edib. Yenilənməyə yenidən hazırlanmış döşəmə və daha yüngül şassi daxildir. Bununla belə, komanda FP1-də əyləclərin həddindən artıq qızmasından əziyyət çəkib və bu problem Saynsın trek vaxtı itirməsinə səbəb olub.
| Yer | Sürücü | # | Şassi | Mühərrik | Dövrə | Nəticə | Fərq | Təkər | km/saat |
|---|---|---|---|---|---|---|---|---|---|
| 1 | Corc Rassell Mercedes |
63 | Mercedes | Mercedes | 24 | 1:45.387 | — | S | 205.061 |
| 2 | Maks Ferstappen Red Bull Racing |
3 | Red Bull | Red Bull | 22 | +0.400 1:45.787 |
0.400 | S | 204.285 |
| 3 | Şarl Lekler Ferrari |
16 | Ferrari | Ferrari | 25 | +0.404 1:45.791 |
0.004 | M | 204.278 |
| 4 | Lyuis Həmilton Ferrari |
44 | Ferrari | Ferrari | 25 | +0.437 1:45.824 |
0.033 | M | 204.214 |
| 5 | Andrea Kimi Antonelli Mercedes |
12 | Mercedes | Mercedes | 9 | +0.878 1:46.265 |
0.441 | H | 203.367 |
| 6 | Oskar Piastri McLaren |
81 | McLaren | Mercedes | 17 | +1.011 1:46.398 |
0.133 | S | 203.112 |
| 7 | Liam Louson Racing Bulls |
30 | RB | Red Bull | 26 | +1.053 1:46.440 |
0.042 | M | 203.032 |
| 8 | Arvid Lindblad Racing Bulls |
41 | RB | Red Bull | 23 | +1.214 1:46.601 |
0.161 | M | 202.726 |
| 9 | Esteban Okon Haas F1 Team |
31 | Haas | Ferrari | 19 | +1.237 1:46.624 |
0.023 | S | 202.682 |
| 10 | Qabriel Bortoleto Audi |
5 | Audi | Audi | 21 | +1.301 1:46.688 |
0.064 | S | 202.560 |
| 11 | Niko Hülkenberq Audi |
27 | Audi | Audi | 22 | +1.484 1:46.871 |
0.183 | S | 202.213 |
| 12 | Karlos Sayns Williams |
55 | Williams | Mercedes | 22 | +1.506 1:46.893 |
0.022 | S | 202.172 |
| 13 | Alex Albon Williams |
23 | Williams | Mercedes | 29 | +1.552 1:46.939 |
0.046 | S | 202.085 |
| 14 | Lando Norris McLaren |
1 | McLaren | Mercedes | 14 | +1.594 1:46.981 |
0.042 | M | 202.005 |
| 15 | Oliver Berman Haas F1 Team |
87 | Haas | Ferrari | 22 | +1.607 1:46.994 |
0.013 | S | 201.981 |
| 16 | Pyer Qasli Alpine |
10 | Alpine | Mercedes | 22 | +1.656 1:47.043 |
0.049 | H | 201.888 |
| 17 | Serxio Peres Cadillac F1 Team |
11 | Cadillac | Ferrari | 24 | +1.866 1:47.253 |
0.210 | M | 201.493 |
| 18 | Franko Kolapinto Alpine |
43 | Alpine | Mercedes | 23 | +2.136 1:47.523 |
0.270 | S | 200.987 |
| 19 | Fernando Alonso Aston Martin Racing |
14 | Aston Martin | Honda | 24 | +2.448 1:47.835 |
0.312 | M | 200.406 |
| 20 | İsaak Həcər Red Bull Racing |
6 | Red Bull | Red Bull | 8 | +2.486 1:47.873 |
0.038 | H | 200.335 |
| 21 | Ləns Stroll Aston Martin Racing |
18 | Aston Martin | Honda | 22 | +3.160 1:48.547 |
0.674 | M | 199.091 |
| 22 | Valtteri Bottas Cadillac F1 Team |
77 | Cadillac | Ferrari | 22 | +3.928 1:49.315 |
0.768 | M | 197.692 |




Şərh əlavə et