V.Bottas: Bakıda yarışlar müxtəlif ssenari ilə keçir

V.Bottas: Bakıda yarışlar müxtəlif ssenari ilə keçir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 1-də çıxış etdiyi müddət ərzində Valtteri Bottas 10 qələbə qazanıb. Onlardan biri 2019-cu ildə Bakıda əldə etdiyi qələbədir.

Bizim tras finlandiyalı pilota xoş təsir bağışlayır və Cadillac bolidi ilə yüksək nəticəyə ümid etmək çətin olsa da, Bottas mübariz əhval-ruhiyyədədir.

Valtteri Bottas: «Düşünürəm ki, bu trasda həmişə özünü göstərmək üçün imkan olur. Buradakı yarışların müxtəlif ssenarilərlə keçdiyini görmüşük. Yadımdadır, hansısa ildə startdan qısa müddət sonra baş verən insidentdən sonra liderdən bir dövrə geri qalırdım, amma buna baxmayaraq, podiuma yüksələ bilmişdim.

Ona görə də müəyyən şanslarımız olacaq. Buna trasın konfiqurasiyası da kömək edir. Adətən zəif tərəflərimiz ən çox yüksək sürətli döngələrdə özünü göstərir, amma Bakıda belə döngələr yoxdur. Ümid edirəm ki, ən azı geridə qalmağımızı bir qədər azalda və mövqelər uğrunda mübarizəyə qoşula biləcəyik. Belə olan halda isə hər şeyin necə nəticələnəcəyini əvvəlcədən bilmək mümkün deyil.

Bu trasa qayıtmağımız çox yaxşıdır, mən buranı sevirəm. İl bizim üçün asan keçmir, amma bunun belə olacağını gözləyirdim və buna hazır idim. Çox işləməli oluruq və artıq bir çox sahədə irəliləyiş əldə etmişik. Lazımi sürət səviyyəsinə çatmağım dərhal baş vermədi, amma sonda buna nail oldum. Ona görə də indi sadəcə işimi mümkün qədər yaxşı görməyə və komandaya kömək etməyə çalışıram».

Bir neçə gün əvvəl iki bazaya malik Amerika komandasının strukturunun optimal olub-olmadığına şübhə etdiyini bildirən Otmar Safnauerin fikirlərini dərc etmişdik. Belə ki, komandanın bazaları Atlantik okeanının iki fərqli tərəfində yerləşir. Lakin Bottas bu fikirlə razı deyil.

Valtteri Bottas: «Əgər komanda belə qərar veribsə, deməli, bunun bir səbəbi var. Düşünmürəm ki, biz belə bir strukturun açıq-aşkar çatışmazlıqları olduğunu düşünə-düşünə onu qurardıq. Hesab edirik ki, bazamızın Amerikada yerləşməsi müəyyən üstünlüklərlə də əlaqəlidir. Çünki General Motors korporasiyasının avtoidmanın müxtəlif kateqoriyalarında böyük bilik və təcrübə bazası var.

Biz düşünürük ki, belə struktur hər iki dünyanın ən yaxşı tərəflərindən yararlanmaq üçün ideal imkan yaradır. Bununla belə, zaman hər şeyi göstərəcək».

Bunları da oxuyun

Şərh əlavə et