F.Alonso: Müasir F1-də pilot hər şeyi unutmalıdır

F.Alonso: Müasir F1-də pilot hər şeyi unutmalıdır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Fernando Alonsonun Aston Martin ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatır və ispaniyalı pilot hələ Formula 1-də qalıb-qalmayacağına qərar verməyib.

İspaniya mərhələsində FIA prezidenti Mohammed Ben Sulayem Alonsonun Formula 1-dən getməsinin qarşısını almağa çalışacağını bildirmiş və Honda mühərrikinin kifayət qədər rəqabətədavamlı olmaması səbəbindən onun karyerasını başa vurmasını qəbuledilməz adlandırmışdı.

Çərşənbə günü Bakıda Fernando Alonso gələcəkdə qaydalarda ediləcək dəyişikliklərlə bağlı Formula 1 rəhbərliyi və FIA ilə müzakirələr apardığını bildirib.

Fernando Alonso: “Sürət baxımından rəqiblərimizdən geri qalırıq, amma düşünmürəm ki, qərarımı müəyyənləşdirəcək əsas amil bu olacaq.

Gələn il güc qurğusunun güc bölgüsündə dəyişiklik olacaq və nisbət daxiliyanma mühərrikinin xeyrinə 60:40 təşkil edəcək. Bu, vəziyyəti yaxşılaşdırmalıdır. Amma ola bilsin ki, yarışları daha yaxşı etmək üçün üzərində düşünməli olduğumuz başqa məsələlər də var. Mən bütün bunlara belə yanaşıram. Madrinqdə də dediyim kimi, burada mənim də məsuliyyətim var.

Mən Formula 1-də kifayət qədər uzun müddətdir çıxış edirəm. Hamımız aşağı seriyalardan, kartinqdən, Formula 3-dən, Formula 2-dən gəlmişik. Orada bizə mümkün qədər sürətli pilotaj etməyi, döngələrə limitdə hücum etməyi və müəyyən risklərə getməyi öyrədiblər.

Problem ondadır ki, müasir Formula 1-də pilot müəyyən mənada son 20 illik karyerası ərzində öyrəndiyi hər şeyi unutmalıdır. İndi tamamilə fərqli şəkildə sürmək lazım gəlir. Belə xüsusiyyət yalnız Formula 1-də var – başqa heç bir yarış seriyasında sonda daha sürətli olmaq üçün daha yavaş getmək lazım deyil.

Bu il yaxşı yarışlar da oldu, pis yarışlar da. Düşünürəm ki, bütün bunlardan nəticə çıxarmalıyıq”.

Alonso əlavə edib ki, müasir güc qurğularına keçiddən sonra bəzi əfsanəvi traslar və döngələr pilotlar üçün əvvəlki qədər maraqlı deyil.

“Silverstounda möhtəşəm trasımız var idi. Amma indi orada bolid idarə etmək əvvəlki qədər əyləncəli deyil. Spada da Eau Rouge döngəsindən keçmək müəyyən mənada narahatlıq yaradırdı. Suzuka və 130R də belədir – bu il bəzi trasların mahiyyətini sadəcə məhv etdik.

Cari mövsümdə qazandığımız təcrübədən nəticə çıxarmalıyıq. Ola bilsin ki, hələ nəyisə dəyişmək və gələn il Formula 1-i daha yaxşı etmək üçün vaxtımız var. Mən məhz bu barədə Stefano Domenicali, Mohammed və ümumilikdə komandalarla danışmağa davam edirəm”.

Bunları da oxuyun

Şərh əlavə et