A.Elbon: Komanda fantastik iş görüb

A.Elbon: Komanda fantastik iş görüb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Williams Bakıda mövsümə başlamalı olduğu bolidi ilk dəfə trasa çıxaracaq.

Lakin ilkin planlar həddindən artıq iddialı olduğundan komanda uzun müddət aralıq şassidən istifadə etməli olub. Həmin şassi ağır və yavaş idi. İndi isə hər şey fərqli olmalıdır və Aleks Albon yeniliyi trasda sınamaq fürsətini nikbinliklə gözləyir.

Aleks Elbon: «Komanda fantastik iş görüb. Mövsümün ortasında şassini dəyişmək asan məsələ deyil, amma bunun öhdəsindən gəldik. Simulyatorda yeniliklər əla işləyirdi, bolidin çəkisi əhəmiyyətli dərəcədə azalıb və Bakı trası da bizim üçün əlverişlidir. İndi nəticələrin necə olacağına baxacağıq.

Uzun müddət çəkisi normadan xeyli artıq olan bolidlə çıxış etmişik və buna görə dövrə vaxtında vaxt itirmişik. Bakıya gətirdiyimiz yeni şassinin çəkisi hətta reqlamentdə icazə verilən minimum çəkidən də azdır. Buna görə də bolidə ballast əlavə etməli olduq. Bu həftəsonu çəki baxımından ilk dəfə rəqiblərlə bərabər vəziyyətdəyik.

Çəkinin azaldılması dövrə vaxtına birbaşa təsir edəcək. Buna görə də aerodinamikanın özünü necə göstərəcəyindən asılı olmayaraq, böyük addım atacağımızı bilirik. Bu, bizim üçün vacib irəliləyişdir. Amma nəzərə almaq lazımdır ki, orta qrupdakı komandalar da yerində saymayıblar. Onlar mövsüm ərzində bolidlərini davamlı olaraq təkmilləşdirib və özləri də ciddi irəliləyiş əldə ediblər».

Bunları da oxuyun

Şərh əlavə et