L.Norris: Bakıda sıralanma vacibdir

L.Norris: Bakıda sıralanma vacibdir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Son Dünya Çempionu Lando Norris Azərbaycan Qran Prisi öncəsi Bakı Şəhər Halqasının xaotik quruluşuna və ötmələrin çətinliyinə diqqət çəkib.

Çempion olduqdan sonra üzərindəki təzyiqin istiqamətinin dəyişdiyini və artıq öz bacarığını sorğulamadığını bildirən Norris özünəinamını belə ifadə edib: “Əvvəllə müqayisədə üzərimdəki təzyiqin azalıb-azalmadığından əmin deyiləm. Amma artıq özümü sorğulamağı dayandırmışam. İçimdə əldə etmək istədiyim hər şeyə nail ola biləcəyimlə bağlı böyük inam var.

Əvvəllər Formula 1-də yarış qazana və ya Dünya Çempionu ola biləcəyimə inanmaq mənim üçün çox çətin idi. Ta ki, hər ikisinə nail olana qədər. İndi isə məndə həmin dərin özünəinam var.

GPDA-da qərarları bütün pilotlar birlikdə qəbul edirik. Lakin dünya çempionu olmağın gətirdiyi hörmətlə insanların sözlərimə əvvəlkindən daha çox qulaq asdığı da doğrudur. Bununla belə, bu, yalnız mənə aid deyil. Bütün pilotların hörmətini qazanmaq karyeramda əldə etdiyim ən gözəl şeylərdən biridir. Mənim yeganə məqsədim idman, pilotlar və azarkeşlər üçün ən yaxşısını istəməkdir”.

Bakıdakı yeni nəsil bolidlərin performansını və yarış strategiyalarını da dəyərləndirən gənc çempion sıralanma turlarının əhəmiyyətini vurğulayıb: “Düşünürəm ki, Bakı həftəsonu yarış baxımından kifayət qədər mürəkkəb keçəcək.

Bura düzlükləri və döngə quruluşu ilə Monzaya bənzəyir, amma özünəməxsus tamamilə fərqli çətinlikləri var.

Düzünü desəm, əsas düzlük və bəlkə də 3-cü döngə istisna olmaqla, burada ötmə demək olar ki, mümkün deyil. Nə qədər sürətli olsanız da, qarşınızdakı bolidi yaxın məsafədən izləmək və ötmə manevri etmək çox çətindir.

Ona görə də nəticəniz yarış günündən daha çox sıralanma turlarında müəyyənləşir. Trasda erkən görünmək və ya sarı bayrağa düşmək bütün həftəsonunuzu məhv edə bilər.

Bizim üçün ən sadə qayda səhv etməmək və sıralamada mümkün qədər önə çıxmaq olacaq”.

Bunları da oxuyun

Şərh əlavə et